İşıqforun yaranması

İşıqfor 1868-ci ildə ilk dəfə olaraq London, İngiltərədə quraşdırılmışdır.

Onun yaradıcısı ixtisasca mühəndis olan Jon Pik Nayt olmuşdur. Polislər insanlar çaşmasın deyə küçələrdə xüsusi məlumatlandırma kağızları payladılar.

İlk işıqfor müasir dövrümüzün elektriklə işləyən 3 rəngli işıqforlarından tamamilə fərqlənirdi. Sadə quruluşa malik idi. 2 oxdan ibarət idi. Oxlar xüsusi qayış ilə yaxınlqdakı polis əməkdaşının köməyilə idarə olunurdu. Üfüqi ox dayanmanı, 45 dərəcəli bucaq altındakı ox isə hərəkəti göstərirdi. Bunun hesabına gündüzlər nəqliyyat normal idarə oluna bilirdi. Lakin gecələr bu üsul işə yaramırdı.

Sonradan qazla çalışan, gecələr də istifadə edilə bilən işıqforlar yaradıldı. Ancaq bir müddət sonra qaz sızmasından yaranan partlayış nəticəsində bir neçə polis əməkdaşı zərər görmüşdü və təhlükəli olduğu üçün ləğv edildi.

iy_2.jpg

İlk avtomatik sistemlə işləyən işıqfor isə 1910-cu ildə Earnest Sirrine tərəfindən icad edilib. Bu işıqforun rəngləri yox idi lakin üzərində 2 yazı var idi: STOP və PROCEED. Artıq insan tərəfindən heç bir müdaxiləyə ehtiyac yox idi və işıqfor müəyən edilmiş vaxtda özü yazılara keçid edə bilirdi.

Elektriklə çalışan qırmızı və yaşıl rənglərdən ibarət işıqforun yaradıcısı 1912-ci ildə ABŞ-ın Yuta ştatından olan Lester Wire olmuşdur, lakin onun patentini ala bilməmişdir.

5 avqust 1914-cü ildə ABŞ-ın Klivlend şəhərində ilk dəfə elektriklə işləyən işıqfor quraşdırılıb. Beynəlxalq İşıqfor Günü məhz hər il avqustun 5-də qeyd edilir.

iy_3.jpg

1914-cü ildə Ceyms Hoq tərəfindən yaradılmış Amerika işıqfor istehsalı şirkəti eyni vaxtda 4 elektrik işıqforu quraşdırdı. Bu işıqforlarda rənglə yanaşı səs siqnalları da var idi. İşıqforun idarəsi yaxınlıqdakı şüşə kabində oturan polis tərəfindən olunurdu.

İlk 3 rəngli işıqfor 1920-ci ildə Nyu York və Detroytda quraşdırılmışdır. Yaradıcıları Jon F. Xarris və Uilyam Potts idi.

Garret Morgan 1923-cu ildə tam avtomatlaşdırılmış və orijinal konstruksiyalı işıqforu patentləşdirib. O, “işıqforun atası” hesab edilir və 1925-ci ildən sonra dünyada quraşdırılan işıqforlar onun sxemi əsasında düzəldilirdi.

iy_4.jpg

İşıqfor quraşdırılan ilk Avropa ölkəsi 1922-ci ildə Fransa olmuşdur. İşıqforun vətəni sayılan İngiltərə isə elektrik işıqforunu yalnız 1927-ci ildən istifadə etməyə başlamışdır.

Günümüzdə işıqforların çoxalması ilə əlaqədar qərb cəmiyyətlərinin söz lüğətinə bir neçə yeni termin daxil olub. Onlardan biri “Yaşıl Dalğadır” (mahiyyəti: ardıcıl olaraq bir neçə işıqfordan yalnız yaşıl işıqda keçmə).

İndi isə rənglərin izahları haqqında məlumat verək:

Qırmızı – təhlükə rəngidir. Bu rəng gündüz və gecə, yağışda və dumanda yaxşı görünür. Qadağa işarəsi üçün ideal rəng hesab edilir. Yaşıl rəng isə qırmızıdan tamamilə seçilir və onları qarışdırmaq mümkün deyil. Bu iki rəngin ortasında olan sarı rəng isə diqqət cəlb edən rənglərdən biridir və sürücüləri diqqətli olmağa çağırır.

Piyadalar üçün işıqfor?

Dünyada ən ensiz küçə kimi tanınan Çexiyanın paytaxtı Praqa şəhərindəki “Vinarna Certovka” küçəsində piyadalar üçün xüsusi işıqfor quraşdırılıb. Çünki bu küçədən eyni vaxtda iki nəfər keçə bilmir və yalnız işıqforun köməyi ilə növbəli keçmək mümkündür.

 

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0