Jaguar tarixi

"Jaguar" - İngiltərənin lüks maşın istehsalçısı olan şirkət adını Cənubi Amerikadakı yırtıcı heyvan pantera olan "Jaguar"dan alıb.

1922-ci ildə William Lyons və ortağı William Walmsley Britaniyanın şimalında Blackpool şəhərində "Swallow Sidecar" şirkətini yaratmışdılar. Şirkət, əvvəlcə,motosikletlər üçün yedəklərin istehsalı üzrə ixtisaslaşmışdı. Sonralar minik avtomobilləri üçün kuzov istehsalına başladı və ilk uğuru "Austin 7" avtomobili üçün kuzovun hazırlanması oldu. 1931-ci ildə istehsalın genişlənməsi ilə əlaqədar olaraq şirkət Blackpool şəhərindən Coventry-ə köçdü,

1936-cı ildən isə idman avtomobillərinin istehsalına başlanıldı. Lyons ilk avtomobilini "Jaguar" adlandırdı. "Jaguar SS 1" avtomobili sonradan üstüaçıq "SS 1 Tourer" modelinin prototipi oldu.

jg_2.jpg

II Dünya müharibəsinin başlanması əksər şirkətlərin fəaliyyətinə təsir etmişdi, o cümlədən, "Swallow" şirkətində də avtomobil istehsalı dayandırıldı və digərləri kimi dövlətin hərbi sifarişlərinin yerinə yetirməyə başladı. Bu zaman bu şirkət fəal aktivlik nümayiş etdirdi. Müharibə başa çatdıqdan sonra 1948-ci ildən fəaliyyəti yenidən bərpa edildi və "Swallow Sidecar" şirkətinin adı dəyişdirildi və o, "Jaguar Cars Ltd" adlandırıldı. Jaguar XK120 modeli avtomobil həvəskarlarının diqqətini özünə cəlb etdi.

jg_3.jpg

105 at gücünə malik Heynes mühərriki ilə təchiz olunmuş bu avtomobil 126 km/saat sürətlə rahat hərəkət edirdi. O, bu seriyanın avtomobilləri arasında ən sürətli avtomobil sayıldı.

1950-ci illərdə "Jaguar XK Mark V", "Mark VII", "Jaguar XK140" avtomobilləri istehsal olundu. Şirkət bu vaxtlarda Şimali Amerika bazarına daxil oldu və burada əsas uğuru "Jaguar XK150" və "XK150 Roadster" modelləri qazandı.

1956-cı ildə İngiltərə kraliçası II Yelizaveta Uilyam Layonsa Avtomobil Sənayesində Kral Dizayneri adını verdi. Le Mans avtomobil yarışlarında "Jaguar" avtomobillərinin qalibiyyəti, 1959, 1960, 1963 və 1965-ci illər çempionatında Qran-pri qazanması onun xeyli inkişaf etməsinə səbəb oldu.jg_4.jpg

Ən əhəmiyyətli modeli 1960-cı illərdə bazara yürüdülən "E-Type" böyük bir satış müvəffəqiyyəti əldə etdi. Bu avtomobil Le Mans avtomobil yarışlarında qələbə qazanmış С-Type və D-Type modellərinin davamçısı idi. 

1968-ci ildə 6 silindrli mühərriki olan yeni Jaguar XJ6 sedanı işıq üzü gördü. O, “İlin avtomobili” adını almışdı.

1971-ci ildə 12 silindrli mühərriki olan, 311 at gücünə malik yeni "Jaguar XJ12" modeli buraxıldı.

1975-ci ildə Jaguar XJ-S modeli hazırlandı, o 4 yerlik salonla, 12 silindrli mühərriklə təchiz olunmuşdu.

1986-cı ildə XJ6 avtomobili işıq üzü gördü.

Jaguar XJ220 modeli 1988-ci il Britaniya mühərrik şousunun əsl sensasiyasına çevrildi. Bu avtomobilin ilk versiyası Cliff Rudell tərəfindən hazırlanmış, 1987-ci ildə Keith Helfet tərəfindən təkmilləşdirilmişdi. Avtomobilin son variantı 1991-ci ildə Tokio avtosalonunda təqdim edildi.

jg_5.jpg

1988-ci ildə Jaguar Sport bölməsinin açılışı oldu.

1996-cı ilin martında Cenevrədə Jaguar XK8/XKR idman modelinin kupe və kabriolet versiyaları nümayiş etdirildi.

21 oktyabr 1998-ci ildə Birmingham şousunda biznes-klass tipli Jaguar S-Type sedanı nümayiş etdirildi. Müasir dizayn üslubu ilə diqqəti cəlb etmişdi.

2000-ci ildə "Jaguar X-type" modeli hazırlandı.

2002-ci ilin sentyabrında Parisdə keçirilən motor şousunda yeni Jaguar XJ modelinin təqdimatı oldu. Bu modelin hazırlanmasında ən son texnologiyalardan istifadə edilmişdi.

jg_6.jpg

 

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0