Əvvəlcə, bu məşhur markanın adının mənasına nəzər yetirək.
"Jeep" dilimizə çətin yerlərdən keçən mənasına uyğun gəlir. 1938-ci ilin əvvəlində ABŞ silahlı qüvvələrinin rəhbərliyi ənənəvi yedəkli motosikletlə əvəz edə biləcək mobil nəqliyyat vasitəsi yaratmağın zəruriliyini dərk etdi. 1939-cu il dekabrın 22-si üçün Willys Overland kompaniyasının rəhbərliyi tezliklə bütün dünyada “Cip” adı ilə məşhurlaşan orijinal konseptin ilk çertyojlarını hazırladı. Bu, yüngül, manevrli və güclü avtomobil olmalı idi. Willys 1946-cı ildə mülki məqsədlə istifadə üçün avtobus təklif edən ilk şirkət idi. Sürəti yüksək olmasa da çətin yerlərdən keçmək qabiliyyəti var idi.
2-ci Dünya Müharibəsidən sonra CJ adlandırılan avtomobil formalaşdırıldı və 1945-ci satışa buraxıldı. Avtomobildə "Jeep" loqosunun olmasını istəyirdilər, lakin bəzi problemlər və məhkəmə olması səbəbilə müvəqqəti "Willys" loqosu ilə satışa buraxılırdı. 1950-ci ildən etibarən artıq bu məsələ həll edildi və "Jeep" rəsmi əmtəə nişanı kimi qeydiyyata alındı. 1954-cü ildə sayca beşinci versiya – CJ5 işıq üzü gördü. Tam hərəkətötürücü sistemli bu avtomobil uğurlu oldu və 1983-cü ilə qədər satışda idi və məşhur idi.
1953-cü ildə firmaya "Willys Motors" adı verildi. "Jeep" yeni kompaniyanın tərkibində bir bölmə kimi qaldı. Willys-ə isə yalnız yüngül minik avtomobillərinin istehsalı ilə məşğul olurdu.
1950-ci illərin ortalarında təkər formulu 4x4 olan yeni avtomobil layihələrini istehsalına başlanıldı. 1962-ci ilin payızında yeni "Jeep Wagoneer" (universal) işıq üzü gördü, o, əvvəlki modellərdən fərqlənirdi. Bu model J seriyasına aid idi və istər tam, istərsə də natamam hərəkətötürücü sistemlə təchiz olunmuşdu.
1963-cü ilin sonunda Willys Motor-un adını dəyişdirildi "Kaiser Jeep Corporation" oldu. Dəyişikliklər modellərin sırasının genişlənmə sürətini azaltmadı. Wagoneer həmin il qüvvəsi 250 at gücünə bərabər olan V6 Vigiliante mühərrikinin sayəsində əlavə “at gücü” qazandı.
1965-ci ildə Jeep dilerləri tərəfindən avtomobil salonlarına “Super Wagoneer” avtomobilini qoyuldu o diqqəti özünə cəlb etməyi bacardı. Möhtəşəm xarici görünüşə malik bu avtomobil J ailəsi üçün ənənəvi və əsas olan keyfiyyətə – çətin yerlərdən keçmək qabiliyyətinə malik idi. İki ildən sonra Jeep-in bu seriyasına “Hidromatik” avtomat transmissiyasını quraşdırdılar. 1960-cı illərin sonunda firmanın mühəndisləri “Dontles” seriyasından olan növbəti mühərrik yaratdılar, onun 8 silindri vardı. 5 fevral 1970-ci ildə American Motor Corporation (АМС) şirkəti Kaiser Jeep Corporation şirkətini 70 milyon dollara aldı. Bu hal Jeep avtomobilllərinin satışına mənfi təsir etmədi, əksinə onun bazardakı vəziyyəti daha da yaxşılaşdı.
АМС şirkəti Jeep Wagoneer üçün tam ötürücülü universalların tarixində ən böyük mühərriki – bir bölüşdürücü valı olan V6 mühərrikini təklif etdi. Həmçinin şirkət dünya təcrübəsində ilk dəfə olaraq V8 mühərrikini opsion qaydada alıcılara təklif etdi. 1973-cü ildə Wagoneer bəzi texniki təkmilləşdirmələrə məruz qaldı. Onun yeni Quadro Track transmissiyası tam hərəkətötürücü sistemli (özü-özünü bloklaşdıran diferensialı olan) avtomobillər üçün ilk tam avtomatlaşdırılmış daimi sistem idi.
Cherokee-nin yaranması ilə şirkət daha da inkişaf etdi. Yeni model J seriyasına 2 qapılı model qismində qatıldı. 1976-cı ildə Amerikanın 200 illiyi münasibətilə Jeep “mülki cip”lərin yeddinci nəslini – CJ7-ni buraxdı. 1977-ci ilədək kompaniya 4 qapılı versiyanı da hazırladı, ona standart V6 mühərriki quraşdırıldı. "Cherokke" nin sonradan yeni təkmilləşdirilmiş modelləri buraxıldı və onlar "CommandTrac" və "SelectTrac" sistemlərinə malik idi. Bu avtomobil 1984-cü ilin ofrouderi elan edildi. 1986-cı ilin yazında Wrangler işıq üzü gördü. Wrangler “kovboy” anlayışının sinonimi idi. American Motor Corporation 5 avqust 1987-ci ildə özünü müflisləşmiş elan etdi. Onun bütün əmlakı satıldı. Jeep-i "Chrysler" korporasiyası aldı.
1990-cı ildə XJ seriyasından olan milyonuncu ofrouder – açıq qırmızı rəngli "Cherokee Limited" buraxıldı. İstehsal olunduğu yeddi il ərzində Cherokee nümunəvi ofrouderə çevrildi, həmçinin Chrysler korporasiyasının Avropada ən məşhur modeli oldu.
Jeep kompaniyasının 50 illiyi münasibətilə Chrysler korporasiyası Cherokee-nin yeni versiyasını buraxdı, ona 190 at gücünə malik 4 litr tutumlu PowerTechSix mühərriki quraşdırıldı.
Hazırda Jeep öz avtomobillərini yüzdən artıq ölkədə satır. Avropada ofrouder bazarının 20%-ə qədəri "Cherokee" və "Grand Cherokee"nin payına düşür.
Dövrümüzdə də məşhur model olan yeni hazırlanmış "Cherokee" qabaqcıl aydınlatma texnologiyası ilə fərqlənir. Onun LED gündüz işıqları axıcı dinamikası ilə fərqlənir. Halogen faralar ehtiyac yarandıqda duman işıqlarının köməyi ilə gecə olduqda ətrafı işıqlandırır. 60 / 40 nisbətində əyilən ikinci sıra oturacaqları əlavə komfort təmin etməsi üçün 6 düymədək irəli və arxaya qatlana bilir. Həmçinin arxaya da əyilə bilir.