Markanın qurucusu Ferrucio Lambourghini, emblem olaraq bürcü olan buğanı seçib. Lambourghini modelləri həm də İspaniyada güləşçi buğaların adlarıdır.
Lamborghini kimi məşhur super idman avtomobillərinin yaranma tarixçəsi traktor istehsal edən zavoddan başlayıb. Onun yaradıcı isə Ferruçço Lamborgini adlı bir fermer olub. Bu zavod Ferruççoya yaxşı gəlir gətirirdi və o öz əbədi arzusu olan Ferrari avtomobilini ala bilmişdi. Lakin ilk təəssüratlar elə də yaxşı deyildi. Belə ki, onun əldə etdiyi Ferrari 250 GT avtomobilinin qarmaq hissəsində nasazlıqlar yaranırdı və onu tez-tez təmir etmək lazım gəlirdi. Xoşbəxtlikdən bu detalla Lamborgini traktorlarının detalları üst-üstə düşürdü və o öz Ferrarisini öz zavodunda təmir edə bilirdi. Avtomobilin quruluşunu bütünlüklə öyrənən Ferruçço bir neçə məsləhət vermək üçün Enzo Ferrarinin yanına getdi. Lakin Enzo Ferrari çox əsəbləşdi və onu bu sözlərlə təhqir etdi: “Sən adi fermersən və bahalı maşınlar haqqında heç nə bilmirsən. Əgər xoşuna gəlmirsə, daha yaxşısını düzəlt!” Mexanika dahisi və italyan xarakterli Ferruçço Lamborgini üçün bu cavab açıq təhdid idi. Öz biznesi sayəsində milyon lir pul yığaraq o V12 mühərrikli şəxsi avtomobilini yaratdı. Daha sonralar Ferruçço Sant’Agata şəhərciyində öz avtomatlaşdırılmış zavodunu yaratdı və Ferrarinin bir neçə təcrübəli mühəndisini öz işinə cəlb etdi. Tezliklə, 1963-cü ildə əfsanəvi Lamborghini 350GT avtomobili yaradıldı və bu avtomobil öz sürətini saatda 150 milə qədər artıra bilirdi.
Şirkət 1948-ci yaradılıb. Automobili Lamborghini S.p.A. 1963-cü ildəki quruluşundan bəri az sayda idman və ərazi avtomobili çıxaran avtomobil şirkəti. Fabrikləri Modena və Bolonya şəhərləri arasında kiçik bir İtaliya qəsəbəsində Sant Aqatadadır. Lamborghini şirkəti Audi-ə məxsusdur. Şirkət 350 km/saat qədər sürətlə hərəkət etməyə qadir olan super-avtomobillər istehsal edir.
Lamborghini şirkəti 1963-cü ilin oktyabrında Turin avtosalonunda özünün ilk idmansayağı avtomobilini – Lamborghini 350 GT-ni təqdim etdi. Bu, 347 at gücünə malik 3,5 litr həcmli V12 mühərriki quraşdırılmış klassik tərtibatlı ikiyerlik kupe modeli idi. Avtomobilin maksimal sürəti 280 km/saata çatırdı, 100 km/saat sürət yığmağa cəmi 6,7 saniyə tələb olunurdu.
1965-ci ildə şirkətin tarixində ən yaxşı modellərdən biri olan Miura debüt etdi. Altı il ərzində 800 ədəd Miura satıldı. Bu avtomobil populyarlığına görə Ferrari-ni geridə qoydu.
1970-ci ildə şirkət bir qədər kiçik ölçülü Urraco P250 modelini istehsal etdi. Bu avtomobilə işçi həcmi 2,5 litr olan 8 silindrli mühərrik quraşdırıldı.
Şirkətin hazırladığı avtomobillər içərisində növbəti sensasiya Countach modeli oldu. İlk dəfə Cenevrə avtosalonunda Bertone kuzov firmasının konsept-karı kimi nümayiş etdirilən bu model yalnız 1974-cü ildən seriya ilə istehsal olunmağa başladı. Ona 365 at gücünə malik 4.0 litr həcmli 12 silindrli mühərrik quraşdırıldı. Bu mühərrik avtomobilin 300 km/saatadək sürətlə hərəkət etməsinə imkan verirdi.
Grand Touring sinfinə mənsub olan, “ailə avtomobilləri” adlandırılan modellər xüsusi populyarlıq qazanmışdı. Bu qəbildən olan yeni modelə Espada adı verildi. O, şirkətin tarixində ən populyar model oldu və 1978-ci ilədək istehsal edildi.
1976-cı ilin martında Cenevrə avto-şousunda şirkətin yeni modelinin premyerası keçirildi. Ona Silhouette adı verildi. Gücü 250 at gücü təşkil edən 3.0 litr həcmli V8 mühərriki avtomobili 260 km/saatadək sürətlə qovur və 100 km/saat sürətin 7.0 saniyə ərzində yığılmasına imkan verirdi.
80-ci illərdə Lamborghini Jalpa modeli işıq üzü gördü. Bu avtomobil döyüşkən Meksika öküzləri cinsinin şərəfinə bu cür adlandırılmışdı. Ona 225 at gücünə malik 3,5 litr həcmli V8 mühərriki quraşdırılmışdı. 1987-ci ilin sonlarında Chrysler şirkətinin rəhbərliyi (həmin dövrdə Lamborghini Chrysler şirkətinin mülkiyyətinə keçmişdi) bu avtomobilin istehsalını dayandırmağı qərara aldı.
1982-ci ildə LMA (Lamborghini Military Anteriore) prototipi təqdim edildi. "Diablo" 1989-cu ildə ictimaiyyətə təqdim edildi. "Diablo" alıcılara bir neçə modifikasiyada, o cümlədən rodster şəklində təqdim edildi. 1995-ci ildə sərt dam örtüyü olan "Diablo SV" və "Diablo SVR" modifikasiyaları hazırlandı. 1997-ci ildə isə "Diablo VT" modifikasiyaları işıq üzü gördü. 20 fevral 1993-cü ildə Ferruço Lamborgini vəfat etdi.
24 iyul 1998-ci ildə Lamborghini şirkətinin səhmlərinin nəzarət paketlərini onun indiki sahibinə – Audi şirkətinə vermək barədə saziş imzalandı.
2001-ci ildə şirkət "Murcielago" modeli təqdim edildi.
Murcielago-nun ardınca Gallardo işıq üzü gördü. Şərti adı L140 olan bu yeni modelin premyerası 2003-cü ildə Cenevrə avtosalonunda keçirildi.
O, 100 km/saat sürətini cəmi 3,7 saniyəyə yığır.