Mercedes - Benz tarixi

Mercedes-Benz minik avtomobillərinin istehsalı üzrə ixtisaslaşmış alman markasıdır.

O, 1926-cı ildə yaradılıb. Hazırda “Daimler AG” konserninin törəmə şirkətidir. Mənzil-qərargahı Ştutqartda yerləşir. "Mersedes-Benz"in loqotipi 1909-cu ildə işlənib hazırlanmışdır. Mənası isə "quruda, suda, havada" deməkdir. Çünki şirkət avtmobildən əlavə gəmi və aviasiya mühərrikləri də istehsal edirdi.

1886-cı ilin yanvar ayında Karl Benz dünya üzrə istehsal edilmiş ilk avtomobilin təqdimatını edərək üç təkərli nəqliyyat vasitəsinə “Benz Patent Motor Car” adını vermişdir. Bir neçə ay sonra Qotlib Daymler və onun baş mühəndisi olan Wilhelm Maybach, Daymler mühərriki ilə təchiz olunmuş dörd təkərli avtomobilin təməlini qoymuşdur.

1900-cü ildə Daymlerin vəfatından sonra avtomobil istehsalı işini onun oğlu Paul və mühəndis Maybach davam etdirdilər. Firmanın idarəçiliyini Qotlib Daymlerin sadiq köməkçisi Maybach bütünlüklə öz üzərinə götürdü. Avtomobilin hissələri klassik qaydada yerləşdirilmişdi: mühərrik və radiator ön tərəfdə kapotun altında idi. Bu mühərrikin gücü altı pilləli transmissiya vasitəsilə arxa təkərlərə ötürülürdü. Yeni avtomobilə 35 at gücünə malik 4 silindrli mühərrik quraşdırıldı. Yeni model şirkətin müştərək sahiblərindən biri olan Emil Elinekin qızının şərəfinə Mercedes adlandırıldı. O vaxtdan bəri Daimler şirkəti bütün minik avtomobillərini Mercedes markası altında istehsal etməyə başladı. Bu zaman xüsusi olaraq Emil Elinek üçün hazırlanmış avtomobilə isə “Emile Jelinek-Mercedes” adı verildi.

1921-ci ildə “Mercedes” kompressorlu avtomobillərin istehsalı sahəsində yenilikçi kimi çıxış etdi. 1923-cü ildə isə 6 litr həcmli mühərriki olan modelə önəm verməyə başladı. Bu model əvvəlcə qısa bazalı şassisi olan Model K, sonra isə Model S modifikasiyaları üçün baza versiyası rolunu oynayırdı. Onun əsasında həcmi 7 litrə, qüvvəsi 200 at gücünə bərabər olan kompressorlu mühərrik quraşdırılmış yeni modifikasiya – Mercedes Model SS yaradıldı.merc_2.jpg

Seriya ilə istehsal olunan ilk avtomobillər 100 at gücünə malik mühərriklə təchiz olunmuşdular. Kompressor işə salındıqda bu mühərrik avtomobili 140 at gücünə qədər qüvvə ilə qovmağa qadir idi. Sonra bu mühərrikin həcmi 7.0 litrədək artırıldı. Bu da 125 (kompressor işə salındıqda 170) at gücünə malik SSK idman avtomobilinin yaradılmasına təkan verdi. Belə modellərin maksimal sürəti 160 km/saata çatırdı. Növbəti mərhələdə bu avtomobilin təkmilləşdirilmiş və qısaldılmış variantı olan SSKL yaradıldı. Mühərrikinin qüvvəsi 300 at gücü təşkil edən bu model həmin illərin bir çox idman yarışlarında qələbəyə əsas namizəd idi.

Elə lap başlanğıcdan Mercedes-Benz adı avtomobil qüsursuzluğunun bir ifadə forması idi. Bu avtomobil istehsalçısının ilkin modellərindən biri olmuş 1931-ci il buraxılışı Mercedes-Benz 170, həmin zamanın müstəsna xarakterli nailiyyəti hesab edilən müstəqil asma sistemi texnologiyasını təklif edən ilk avtomobil kimi fərqlənə bilmişdir. XX əsrin 30 və 40-cı illərdə konveyerdən düşmüş, 380 və 540K kreyser modellər kimi Mercedes istehsalı olan avtomobillər isə dəbdəbənin ali dərəcəsinin axtarışında olan alıcıların yeganə seçiminə çevrilmişdi. 1949-cu ildə Hannoverdə keçirilən texniki-eksport yarmarkasında kommersiya avtoistehsalında yeni dövrün başlanğıcını qoyan “L 3250” modelinin və “O 3250” markalı avtobusun təqdimatı keçirildi.

merc_3.jpg

1958-ci ildə isə "Mercedes-Benz" O 317 avtobusunun istehsalına Manheymdəki zavodda başlayır, Qaggenaudakı zavodda isə mühərrikin üzərində quraşdırılan kabin və 2 ədəd fırlanan qabaq oxlarla təchiz edilmiş LP 333 3-milli yük avtomobilin istehsalına start verilir. Ötən əsrin 50-ci illəri Mercedes-Benz 300 SL "Gullwing" modelinin o zamanlar dünyanın ilk super avtomobil adına layiq görülmüş idman avtomobilinin doğuluşuna şahid olmuşdur. Effektli üslubu və idman ruhlu texnologiyası ilə 300 SL modeli günümüzdə də, bütün dünya üzrə klassik avtomobil kolleksiyaçıları tərəfindən rəğbətlə qarşılanmaqdadır. Həmin onillikdə Daimler-Benz təhlükəsizlik sahəsində də iri addımlar ata bilmişdir. Bu şirkətin istehsalı olan Mercedes-Benz 220 sedanları, toqquşma zamanı zərbənin absorbsiya edilməsi məqsədi ilə işlənib hazırlanaraq, sonralar patentləşdirilmiş "crumple zone" gövdə dizaynının tətbiq edildiyi ilk avtomobillər olmuşdur. Daha sonra çətin yerlərdə yüksək keçid qabiliyyətinə malik olan avtomobillər seriyası – “Mercedes G-Class” avtomobilləri istehsal olundu. Kifayət qədər bahalı, istənilən yollarda hərəkət etməyə qadir uzunömürlülüyə malik olan bu avtomobillərə tələbat böyük olmadığına görə onların konstruksiyası uzun müddət sabit qaldı və konstruksiyaya çox az dəyişikliklər edilmişdi. Lakin daha sonra bu avtomobillərin yeni nəsli 2000-ci ilin sentyabrında Parisdə ictimaiyyətə təqdim edilib.

merc_4.jpg

1979-cu ilin noyabrında “Daimler-Benz” konserninin istehsalı olan iri “S-Сlass” sedanlarının yeni nəsli (kuzovun zavod indeksi W126) ictimaiyyətə təqdim edilərkən elan olundu ki, onlar 1980-ci illərin ən yaxşı avtomobilləri olacaq. Bu, elədedikləri kimi də oldu. 1991-ci ilin mayında isə şirkət “W126” modellərinin istehsalını dayandırdığını rəsmən elan etdi. Məlum olduğu kimi “Daimler-Benz” təhlükəsizliyə hər zaman xüsusi önəm vermişdir və  təhlükəsizlik sahəsindəki uğurları 1980-ci illərdə də davam etməkdə idi. Pnevmobalışlar və dartıya nəzarət sistemi məhz bu şirkətin istehsal etdiyi avtomobillərdə ilk dəfə istifadə edilmişdir. Bundan əlavə, çox həlqəli ön asma sisteminin təqdim edilməsi avtomobillərdə sürücülük rahatlığı və idarə oluna bilmə qabiliyyətini nəzərə çarpacaq dərəcədə artıran yeniliklərdən idi. Bu texnologiya ilk dəfə “Mercedes-Benz 190 E” modelində tətbiq olunaraq günümüzdə də bu şirkətin şassi mühəndisliyinin zəruri komponenti kimi qalmaqdadır.

80-ci illərdə bahalı avtomobillər bazarında yapon şirkətləri xüsusi rol oynayırdılar. Lakin Avropa avtomobil istehsalçıları rəqabət yarışına cəsarətlə qoşuldular: “Mercedes-Benz S-Class” avtomobillərinin son modellərinin 12 silindrli variantı buna misal olaraq göstərə bilərik. Bu avtomobillər alman texnologiyasının yüksək rəqabət qabiliyyətini nümayiş etdirdi. Məşhur “Mercedes-Benz 600S” modeli supergücə və yüksək etibarlılığa malikdir.  1982-ci ilin noyabrında “190” modeli (kuzovun zavod nömrəsi W201) işıq üzü gördükdən sonra Mercedes-Benz Avropada D-Class avtomobilləri seqmentində prestijli modellər istehsalçısı kimi liderliyi ələ aldı. 1983-cü ilin sentyabrında istehsalı çoxdan bəri gözlənilən 190D modelinin təqdimatı keçirildi. Bu model dərhal taksi sürücüləri arasında populyarlıq qazandı. 1993-cü ilin mayında Daimler-Benz-in Bremendəki zavodunda W201 kuzovlu model C-Class (W202) sedanları ilə əvəz edildi. Bu avtomobillər 1995-ci ilin payızından kompressorla, 1997-ci ilin iyunundan 2,4 və 2,8 (V6) litr həcmli mühərriklərlə təchiz edilməyə başladı. Bu avtomobillərin yeni nəsli 2000 və 2007-ci ilin payızında işıq üzü gördü. 2.0 litr həcmə malik olan, yenidən işlənib hazırlanan kompressorlu mühərriklə təchiz olunmuş yeni C-Class Sport Coupe avtomobili bu seqmentdə ən dinamik avtomobillərdən sayılır.

merc_6.jpg

90-cı illərdə istehsalçının AMG ilə qazandığı əməkdaşlıq sayəsində “Mercedes-Benz” avtomobilləri öz güc və performanslarını bir qədər də artırdılar. Sonralar bu mükəmməlləşdirmə və tyuninq emalatxanası şirkət tərəfindən mənimsənilərək bəzi avtomobil modellərinin yüksək-performanslı versiyalarının işlənib hazırlanmasına yardım etməyə davam edirdi. Birləşmiş Ştatlarda təklif olunmuş ilk AMG modeli 1995-ci ildə idman üslubunda istehsal olunmuş “C36 AMG” olmuşdur. Həmin vaxtdan günümüzədək “Mercedes” şirkəti avtomobillərinin demək olar ki, bütün modelləri üçün AMG-tyuninqli versiyaları təklif edə bilmə səviyyəsinə çıxmışdır. Mercedes-Benz SL modeli lüks sinfinə mənsub olan, dam örtüyü çıxarıla bilən rodster kuzovlu idman avtomobilidir. Bu model ilk dəfə 1989-cu ildə Cenevrədə nümayiş etdirilib. 1992-ci ildə bu SL modellərinin sırasına yeni modifikasiya – SL600 əlavə olundu. 2001-ci ilin yazında bu avtomobillərin yeni nəsli işıq üzü gördü. Vito yük avtomobilləri ailəsi (Mercedes-Benz V-class) 1996-cı ildə ilin ən yaxşı furqonu adına layiq görüldü. Sprinter avtomobilləri ailəsi 9 baza modelindən və onların 137 modifikasiyasından ibarətdir. Bu modellər yük və sərnişin furqonlarından, habelə 15 yerlik mikroavtobuslardan ibarətdir. Mercedes-Benz ML çoxtəyinatlı avtomobildir. O, ofrouderin, minivenin, universalın və minik avtomobilinin mühüm xarakteristikalarını özündə cəmləşdirib. Çətin yollarda yüksək keçid qabiliyyətinə malik olan bu tam ötürücülü avtomobillər ailəsi ABŞ-da istehsal olunur. Bu model ilk dəfə 1997-ci ildə nümayiş etdirilib. Avropa üçün M-Class modellərinin təchizatı proqramına üç model variantı daxildir: baza modeli ML 230, 6 silindrli ML 320 modeli və 8 silindrli ML 430 variantı. 2000-ci ildə bu modellər dəyişiklikliyə məruz qalmayıblar, amma onlara iki yeni baza variantı əlavə olunub: dizel yanacağı ilə işləyən ML270 CDI və tüninq olunmuş ML55 AMG. Smart 1994-cü ildə Mercedes-Benz və Swatch tərəfindən qurulan Alman avtomobil markasıdır.

“Mercedes-Benz” markasının aşağıdakı modelləri vardır:

 

1969 Mercedes-Benz C111

1979 Mercedes-Benz Schulz Studie CW311

1981 Mercedes-Benz Auto 2000

1982 Mercedes-Benz NAFA

1991 Mercedes-Benz C112

1991 Mercedes-Benz F100

1993 Mercedes-Benz Coupe Concept

1994 Mercedes Benz S500 Shooting Brake

1994 Mercedes Benz SLK I and II

1995 Mercedes-Benz Vario Research Car

1996 Mercedes-Benz F200 Imagination

1997 Mercedes-Benz F300 Life Jet

1997 Mercedes-Benz Vision A93 Concept

1999 Mercedes-Benz Vision SLR

2000 Mercedes-Benz Vision SLA

2002 Mercedes-Benz Vision GST

2002 Mercedes-Benz F400 Carving

2003 Mercedes-Benz Vision CLS

2003 Mercedes Benz F500 Mind

2005 Mercedes-Benz F600 HYGENIUS

2005 Mercedes-Benz Bionic

2007 Mercedes-Benz Ocean Drive

2007 Mercedes-Benz F700

2008 Mercedes-Benz ConceptFASCINATION

2009 Mercedes-Benz BlueZERO

2009 Mercedes-Benz F-Cell Roadster

2010 Mercedes-Benz F800 Style

2010 Mercedes-Benz BIOME

2010 Mercedes-Benz BlitzenBenz

2011 Mercedes-Benz F125

2011 Mercedes Benz Silver Lightning

2011 Mercedes-Benz Unimog Concept

2012 Mercedes-Benz Ener-G-Force

2013 Mercedes-Benz Concept GLA SUV

2013 Mercedes-Benz AMG Vision Gran Turismo

2014 Mercedes Benz Vision G-Cod

2015 Mercedes-Benz Intelligent Aerodynamic Automobile

2015 Mercedes-Benz F1015

2015 Mercedes-Benz G500 4×4

2016 Mercedes-Benz Vision Van

2017 Mercedes-Maybach 6 cabriolet

İdman avtomobilləri

                                                    

1928–1932 Mercedes-Benz SSK Rennwagen

1934 Mercedes-Benz W25

1937 Mercedes-Benz W125

1938–1939 Mercedes-Benz W154

1939 Mercedes-Benz W165

1955 Mercedes-Benz 300 SLR

1987 Sauber Mercedes-Benz C9

1997–1998 Mercedes-Benz CLK GTR

1999 Mercedes-Benz CLR

2004–2006 Mercedes-Benz AMG C-Class DTM (W203)

2007–2011 Mercedes-Benz AMG C-Class DTM (W204)

1952 Mercedes-Benz W194

1954–1955 Mercedes-Benz W196

2010 Mercedes MGP W01

2011 Mercedes MGP W02

2012 Mercedes F1 W03

2013 Mercedes F1 W04

2014 Mercedes F1 W05 Hybrid

2015 Mercedes F1 W06 Hybrid

2016 Mercedes F1 W07 Hybrid

2017 Mercedes AMG F1 W08 EQ Power+

2018 Mercedes AMG F1 W09 EQ Power+

2019 Mercedes AMG F1 W10 EQ Power+

2020 Mercedes-AMG F1 W11 EQ Performance

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0