Loqosu dairənin içərisinə yazılmış "Nissan" adı qlobal güc və dünya səviyyəsində məşhurluq mənasını verir.
Zəngin bir tarixə və əla bazar mövqeyinə sahib Yapon avtomobil şirkəti bu gün güclü qlobal istehsalçılarla əməkdaşlıq edərək inkişafını davam etdirir. Nissan Motor Nissan və Datsun markalı minik və yük avtomobillərinin, avtobusların istehsalı üzrə ixtisaslaşmış Yapon sənaye korporasiyasıdır. 1994-cü ildə Nissan ətraf mühitin mühafizəsi sisteminə verdiyi böyük töhfəyə görə “Global Environmental Award” mükafatını almışdır. 2002-ci ildə “Red Dot” mükafatına layiq görülmüşdü.
Dat avtomobilləri buraxan Kwaishinsha Co. şirkəti 1911-ci ildə yaradılmışdı. Jitsuo Jidosha Co şirkəti isə 1919-cu ildə yaradılmışdı. 1925-ci ildə Nissan Motor onların birləşməsi nəticəsində yaradıldı və həmin vaxtlarda Dat Jidosha Seizo Co adlanırdı. Sual yaranır ki, Dat adı necə yaranıb? “Dat” adı Kenxiro Denin, Rokuro Aoyamanın və Meytaro Takeuçinin soyadlarının baş hərflərinin birləşməsindən formalaşıb.
Şirkətin yaradıldığı tarix 1933-cü il hesab edilir. 1930-cu ildə şirkət Böyük Britaniyaya məxsus Austin ilə ortaq olaraq avtomobil və mühərrik dizaynının inkişafı üçün əməkdaşlığa başladı. 1931-ci ildə DAT'ın oğlu məmasını ifadə edən ilk DATSON istehsal olunur. Ancaq Yapon dilində SON sözü itirmək mənasını verdiyindən SON SUN etiketi ilə əvəz olunur (Datsun). İkinci Dünya Müharibəsi illərində istehsalı dayandırılsa da 1947-ci ildə şirkət yenidən Dаtsun minik avtomobillərini istehsal etməyə başladı. Nissan Jidōsha Kabushiki Gaisha və ya Nissan avtomobil şirkəti 26 dekabr 1933-cü ildə Yaponiyanın Yokohama şəhərində yaradılmışdır. Adı 1934-cü ildə Nissan Motor Co. Ltd. olaraq dəyişdirilmişdir. 1939-cu ildə Dаt avtomobillərinin bazarda uğurlu satışlarından sonra Nissan Type 70 avtomobillərinin, Nissan Type 90 avtobuslarının və Nissan Type 80 furqonlarının istehsalına başlanıldı.
Növbəti mərhələdə artıq təbii ki, digər şirkətlərdə olduğu kimi müharibənin başlaması Nissan şirkətinə də mənfi tədir etdi. İkinci Dünya müharibəsi illərində ordunun tələbatını ödəmək məqsədilə daha çox yük avtomobilləri istehsal edilirdi, həmçinin digər nəqliyyat vasitələri də istehsal edilirdi. Müharibədən sonra vəziyyəti normallaşdıra bildi.
1951-ci ildə 6 silindrli mühərriki olan ilk tam ötürücülü ofrouder Nissan Patrol avtomobili istehsal edildi.
1958-ci ilin avqustunda şəxsi istifadə üçün nəzərdə tutulmuş yüksək keyfiyyətli Datsun Bluebird avtomobili buraxıldı. İlk dəfə avtomobil əyləc gücləndiricisi ilə təchiz edilmişdi, onun sayəsində hətta qadınlar da pedalı yüngülcə basmaqla avtomobili dayandıra bilərdilər. Şimali Ameriak, Avropa, Yaponiya, Afrika, Çin, Cənubi Şərqi Asiyada istehsal edilən Nissan Avropaya ixracını 1962-ci ildə başladı. 1964-cü ildə Tokioda keçirilmiş Olimpiya Oyunlarında olimpiya məşəlini Yunanıstandan Yaponiyaya gətirmək üçün Nissan Cedric avtomobili seçildi. 1965-ci ildə Skyline 2000GT-B avtomobili buraxıldı. Bu avtomobil də yüksək qiymətləndirilmişdi. 1966-cı ildə Yaponiyada kiçik avtomobillər bazarına xüsusi bir yenilik bəxş edən Nissan Sunny buraxılmağa başlanıldı. Ətraf Mühitin Mühafizəsi üzrə Amerika Agentliyi tərəfindən 1973-cü ildə keçirilmiş yanacağa qənaət testlərində Sunny avtomobili qalib gəldi və "Datsun qənaətcildir” adlı reklam kampaniyası şirkətə ABŞ-da yeni imkanlar açdı.
1969-cu ildə Nissan Datsun Z240 avtomobili istehsala başladı. Skyline S54B modeli Yaponiya avtorallisində qələbə qazandı.
1970-ci illərdən etibarən Nissan-ın tənəzzülü başladı, bu da istehsalın azalmasına səbəb oldu. Korporasiya bu gün səhmlərin 40% -dən çoxuna sahib olan uğurlu Renault konserni ilə əməkdaşlıq edərək problemin həll edə bilmişdi.
1970-ci illərin əvvəllərində şirkət istehsalat sferasını genişləndirərək gəmi istehsalı sahəsi üçün də mühərriklərin hazırlanmasına başladı. 1983-də Terrano II və Vanette Cargo modellərinin istehsalının reallaşdırıldığı "Nissan Motor İberica", İspaniyada fəaliyyətə başladı. 1984-cü ildə "Nissan"ın başqa bir fabriki, Motor Manufacturing İngiltərə quruldu. 1987-ci ildə Nissan bazara Be-1 avtomobilini buraxdı.
1988-ci ildə Nissan Silvia Q avtomobili “Ən yaxşı dizayna görə Qran Pri” mükafatını qazandı. 1989-cu ildə isə “1988-89-cu illərin ən yaxşı yapon avtomobili” mükafatını aldı. 1990-cı ildə 300ZX modeli ABŞ-da “1990-cı ilin ən yaxşı idxal avtomobili” mükafatını qazandı. 1993-də şirkət Avropadakı varlığının 60 ilini qeyd etdi və yenə 1993-cü ildə İngiltərədə çıxarılan Micra ilin ən yaxşı avtomobili mükafatını aldı. 1993-cü ildə Nissan Motor Iberica, S.A. bazara yeni tam ötürücülü model buraxdı. 1995-ci ildə isə Almera avtomobilinin satışlarına başlanıldı. 2000-ci ildə Nissan Tino Hybrid avtomobilini və ikiyerlik Нypermini elektromobilini istehsal etməyə başladı.
1997-ci ildə Nissan şirkəti Hyper CVT sistemi ilə təchiz olunmuş Primera və Bluebird avtomobillərinin istehsalına başladı. 1998-ci ildə 2,8 litr həcmli 6 silindrli turbodizel mühərriki quraşdırılmış Patrol GR işıq üzü gördü. Nissan Micra “2003-cü ilin Avropa avtomobil dizaynına görə” mükafat qazandı. 2007-ci ildə Nissan X-Trail kompakt ofrouderi sərnişinlərin müdafiəsinin təmin olunmasına görə Euro NCAP testləri üzrə maksimum beş ulduzdan dördünü qazandı. 2008-ci ildə Nissan yeni nəsil Maxima modelini Nyu-York avtosalonunda təqdim etdi. 2014-cü ildə, Sankt-Peterburqdakı Nissan fabrikində istehsal olunan avtomobilin ikinci nəsli buraxıldı. 2009-cu ildə Nissan şirkəti Altima kupesini ictimaiyyətə təqdim etdi. Nissan NV 200 modeli “2010-cu ilin mikroavtobusu” beynəlxalq mükafatını qazandı.
Ən məhsuldar və texnoloji Nissan avtomobil fabrikləri Yaponiyanın Yokohama və İngilis Sunderland bölgələrində yerləşir. Yaponiyada, korporasiyanın ən bahalı maşınlarını, məhsuldar yolsuzluq avtomobillərini istehsal edirlər.