Rolls-Royce

Henry Royce 1884-cü ildə elektronika və maşın istehsal edən bir fabrika qurdu.

1904-cü ildə ilk avtomobilini düzəltdi. Londonda avtomobil satan Çarlz Rollsla tanış oldu. İkitərəfli əməkdaşlıq etmək üzrə razılaşdılar. Çarlz Rolls hazır avtomobillərin satışı ilə məşğul olsa da, onun öz avtomobilini yaradaraq soyadını məşhurlaşdırmaq arzusu var idi. Royce’un hazırladığı avtomobilləri Rolls satmağa başladı. Avtomobillərin adı Rolls Royce oldu. Onların istehsal etdikləri Rolls-Royce markası ötən əsrin ən nüfuzlu adlarından birinə çevrildi. Royce mükəmməl avtomobillər yaradır, Çarlz Rolls isə onları peşəkarlıqla satırdı. Bununla da, şirkət artıq tək Böyük Britaniya ilə kifayətlənmədi və artıq tez bir zamanda Rolls-Royce avtomobilləri Avropada da satılırdı. 1906-cı ildə isə şirkət öz avtomobillərini Nyu-Yorkda təqdimata çıxardı.

Rolls Royce 2Rolls-Royce özünü zirvəyə qaldırmağı bacardı. Buna görə dünyanın ən varlı insanlarının qarajlarında bir Rolls-Royce var. Rolls-Royce dövrümüzün ən mükəmməl avtomobil markalarından biridir. 1904-cü ildə qurulan və 1906-cı ildə həmin fabrikdən çıxan ilk Rolls-Royce olan "Silver Ghost" un mühərriki hələ də işləyir. 1907-ci ildə "Silver Ghost" "Dünyanın ən yaxşı avtomobili" olaraq xarakterizə edilirdi. Wright Qardaşları ilə etdiyi razılaşma nəticəsində, təyyarə mühərrik istehsalında bir nömrəli marka oldu. Çarlz Rolls 33 yaşında təyyarə qəzasında vəfat etdi. Rolls-Royce şirkəti bütünlüklə Frederik Royce-un səlahiyyətinə keçir. 

1930-cu illərdə ortaya çıxan Phantom modeli avtomobil dünyasını valeh etdi. Sənayeyə ilham verən Rolls-Royce eyni zamanda dənizdə və quruda mühərriklər üzrə dünya rekordlarını qırmağa davam etdi. 1931-ci ildə Rolls-Royce öz avtomobilləri ilə şöhrət qazanmış Bentley-ni birləşdirdi. Bu, şirkətin təqdim etdiyi avtomobillərin sırasını genişləndirdi.

1960-cı illərə gəldikdə Rolls-Rolce-a sahib olmaq yüksək status əlaməti hesab olunurdu. Dünyaca məşhur aktyorlar, aktrisalar, musiqiçilər, bir sözlə, super ulduzlar Rolls-Royce avtomobillərini uğurlarının rəmzi olaraq əks etdirdilər.

90-cı illərdə Rolls-Royce avtomobil istehsal hüquqları BMW qrupuna satıldı. Rolls-Royce avtomobilləri o vaxtdan bəri BMW Group adı altında istehsal olunur.

Rolls-Royce avtomobil xüsusiyyətləri haqqında danışarkən, əvvəlcə, mükəmməllik ağla gəlir, sonra isə dayanıqlıq. Rolls-Royce avtomobillərində istifadə olunan hər bir material ən yüksək keyfiyyətilə seçilir. Rolls-Royce avtomobilləri; sakit, sabitdir və əla rəftara malikdir. Rolls-Royce avtomobillərinin daxili dizaynı da tamamilə maraqlıdır. Hətta Rolls-Royce avtomobil oturacaqlarında istifadə olunan dəri materialları yalnız özəl heyvan yetişdiricilərindən əldə edilir.

Rolls-Royce markasına məxsus olan əsas modellərin siyahısı aşağıda təqdim edilmişdir: 

1904–06 10 hp
1905–05 15 hp
1905–08 20 hp
1905–07 30 hp
1905–06 V-8
1906–25 40/50 Silver Ghost
1922–29 Twenty
1925–29 40/50 Phantom
1929–36 20/25
1929–35 Phantom II
1936–38 25/30
1936–39 Phantom III
1938–39 Wraith
1946–59 Silver Wraith
1949–55 Silver Dawn
1950–56 Phantom IV
1955–66 Silver Cloud
1959–68 Phantom V
1965–80 Silver Shadow
1968–91 Phantom VI
1971–96 Corniche I–V
1980–98 Silver Spirit
1933–37 Bentley 3½ L
1936–38 Bentley 4¼ L
1940–40 Bentley 4¼ L Mark V
1975–86 Camargue
1980–98 Silver Spirit/Silver Spur
1998–2002 Silver Seraph
2000–02 Corniche V
2003–16 Phantom
2007–16 Phantom Drophead Coupé
2008–16 Phantom Coupé
2010– Ghost
2013– Wraith
2016– Dawn
2017 Rolls-Royce Sweptail
2018– Rolls-Royce Cullinan
2018– Phantom (2018)

Rolls-Royce-3.jpgRolls-Royce-4.jpgRolls-Royce-6.jpgRolls-Royce-5.jpgRolls-Royce-7.jpgRolls-Royce-8.jpg

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0