Təhlükəsizlik kəməri necə yaranıb?

Tarixdə bilinən ilk təhlükəsizlik kəmərini 1885-ci ildə amerikalı Edward J. Claghorn tərəfindən icad edilib.

O, açıq vaqonlarda səyahət edən turistlər üçün hazırladığı icadını təhlükəsizlik kəməri adlandıraraq elə həmin ildə potentləşdirmişdi. Təhlükəsizlik kəmərlərinin ilkin kütləvi tətbiqi isə ilk dəfə aviasiyada olmuşdur. Belə ki, fransız pilot Adolphe Pegoud 1913-cü ildə təhlükəsizlik kəmərini təyyarəsinə quraşdırmışdı.

Təhlükəsizlik kəmərini Nils Bolin ilk dəfə  "Volvo PV 544" avtomobilinə tətbiq etmişdir. Məhz bu avtomobil tarixə kəmərin tətbiq olunduğu ilk avtomobil kimi düşüb. Nils Bolin əvvəl aviasiya zavodunda çalışıb. Burada o, katapult oluna bilən oturacaqlar layihələndirib. Qəza zamanı oturacağın insanı hansı sürətlə kənara atması Bolinə məlum idi və o, insanı oturacaqdan ayrılmağa imkan verməyən sistem yaratmağı qarşıya məqsəd qoydu.

1949-cu ildə "Volvo PV 544" avtomobilində quraşdırılan  kəmər üç nöqtədən bərkidilən təhlükəsizlik kəməri idi. Quruluş indi də dəyişməz olaraq qalır, lakin son model təhlükəsizlik kəməri insan bədəninə görə avtomatik tənzimlənir, sürücü və sərnişinlər rahat hərəkət edir. Əvvəlki təhlükəsizlik kəmərləri isə bir vəziyyətdə qalırdı, hərəkət imkanı məhdud idi. 

tm_2.jpg

Bütün avtomobil istehsalçılarının sərbəst istifadəsi üçün Bolinin yeni ixtirası açıq patent aldı.

1967-ci ildən etibarən bütün avtomobillər təhlükəsizlik kəmərləri ilə təchiz edilir.

Fransız ekspert Kristian Jerondo 80 km/saat sürətdə qəza anını belə təsvir edir:

- 0,026 saniyədən sonra bamper qatlanır, avtomobilin kütləsindən 30 dəfə böyük bir qüvvə onun hərəkətini qabaq oturacaq xəttində saxlayır. Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü və sərnişinlər 80 km/saat sürətlə irəli atılır;

- 0,039 saniyə sonra sürücü 15 sm irəli hərəkət edir;

- 0,044 saniyə sonra sürücünün döş qəfəsi sükan çarxını sındırır. 0,050 saniyə sonra sürət böhran həddinə düşür. Bu zaman avtomobil, sürücü və sərnişinlərə düşən ağırlıq qüvvəsi onların öz kütləsindən 80 dəfə artıq olur;

- 0,068 saniyə sonra sürücü 9 ton zərbə ilə qabaq panelə çırpılır;

- 0,092 saniyə sonra sürücü və öndəki sərnişinin başı şüşəyə çırpılır və baş beyin ölümcül travma alır;

- 0,100 saniyə sonra sürücü geri atılır – onun sonu gəldi;

- 0,110 saniyə sonra avtomobil yüngülcə geriyə hərəkət edir;

- 0,113 saniyə sonra təhlükəsizlik kəməri taxmayan arxadakı sərnişinlər irəli atılır və ölümcül xəsarət alırlar;

- 0,150 saniyə sonra ortaya sükut çökür. Şüşə və metal parçaları ətrafa səpələnməyə başlayır. Hadisə yeri toza bürünür.

tm_3.jpg

Bütün bu hadisələr saniyənin iyirmidə biri müddətində baş verir.

1957-ci ildə İsveç dünyada təhlükəsizlik kəmərlərindən istifadəni qanuniləşdirən ilk ölkə oldu. 1984-cü ildə Almaniyada ilk dəfə sürücü və ön sərnişin təhlükəsizlik kəmərlərindən istifadə etmədiyinə görə cərimə tətbiqinə başlanılıdı.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0