Yol nişanların yaranması

Yol nişanları — nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək, yol hərəkəti iştirakçılarına müəyyən informasiyanı bildirmək üçün qurulan standartlaşdırılmış qrafiki nişanlardır.

İlk dövrlərdə yol nişanları kimi insanlar bir çox vasitələrdən istifadə edirdilər: qırılan budaqlar, ağacların qabığını cızaraq çəkilmiş işarələrlə və s. Bu, əlverişli deyildi. Qırılan budağı da həmişə görmək olmurdu (mənzərədir yocsa yol nişanı). Yazının inkişafı ilə yol nişanlarına da bu təcrübə tətbiq edilirdi.

Cari zamandakı yol nişanları ilk dəfə 1903-cü ildə Fransada formalaşdırılıb. 1906-cı ildə Avropa ölkələrinin nümayəndələri toplaşaraq "Avtomobil hərəkəti haqqında beynəlxalq konvensiya" hazırladılar. Konvensiya əsas tələbləri müəyyənləşdirdi, dörd yol nişanı da tətbiq edildi: "nahamar yol", "dalğavari yol", "kəsişmə", "dəmir yolu ilə kəsişmə". İşarələr təhlükəli əraziyə 250 metr qalmış qoyulmalı idi. Əlbəttə ki, avtomobil nəqliyyatı digər qitələrdə də inkişaf edirdi. Hər bir ölkə özünə uyğun olaraq öz qaydalarını müəyyən etməyi üstün tuturdu. Ölkə daxilində işarələrlə hər şey aydın idi, ancaq xaricə gedən bir şəxs xoşagəlməz bir vəziyyətə düşürdü, burada çox sayda işarədən iki-üçü tanış olurdu. Sürücülərin həyatını asanlaşdırmaq üçün 1931-ci ildə Cenevrədə SSRİ, əksər Avropa ölkələri və Yaponiya tərəfindən imzalanan "Yollarda vahidliyin və siqnalın tətbiqi haqqında Konvensiya" qəbul edildi. 1949-cu ildə Cenevrədə vahid dünya yol nişanları sistemi, "Yol nişanları və siqnalları haqqında Protokol" yaratmaq üçün bir cəhd edildi. Avropa sistemini əsas götürdülər və Amerika qitəsi ölkələri bu sənədi imzalamaqdan imtina etdi.

yn_1.jpg

1968-ci ildə Vyanada iki sistem - Amerika və Avropa arasında bir kompromis tapıldı. Yol nişanlarının yaranmasının müasir tarixinin formalaşmasında bu məqam dönüş nöqtəsi oldu. Konvensiyanın imzalanmasında 68 dövlət iştirak etdi. Amerikalılarla güzəştə getmək üçün avropalılar STOP səkkizguşəli işarəsini qurulmuş sistemə təqdim etdilər. Beynəlxalq sistemdə yeganə mətn elementi idi.

Yol nişanları müxtəlif ölkələrdə bir-birindən fərqlənsə də, ümumi prinsip etibarı ilə eynidir. Faktiki olaraq bütün dünyada olan yol nişanları sistemlərinin əksəriyyəti avropa və ingilis sisteminə yaxındır. Bu sistem Avropa, o cümlədən Azərbaycan və dünyanın bir çox başqa ölkələrində "Yol nişanları və siqnallar haqqında" Vyana konvensiyasına əsasən nizamlanır.

Yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumatlar.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0