Antifriz — mənfi temperatur şəraitində daxiliyanma mühərriklərini, yanğına qarşı boru kəmərlərini soyutmaq, pəncərə və nəzarət şüşələrinin donması və tərləməsinin qarşısını almaq üçün işlədilən çətindonan mayedir.
Antifriz spirt törəməsədir. Antifrizlərin istilik tutumu, qaynama və alovlanma temperaturları yüksək olmalı, istiliyi yaxşı keçirməli, aşağı temperaturlarda özlülüyü az olmalı, mümkün qədər az köpüklənməli, metal hissələrdə korroziya törətməməli, şlanq və rezini dağıtmamalıdır. İstifadə etdiyimiz antfrizlər yaşıl, sarı, mavi, narıncı kimi rənglərdə ola bilir. Bu antifrizlərin əslində biri birindən çox da fərqi yoxdur. Fərqli rəngli olma səbəbi soyuducu sistemdə sızıntı zamanı antifrizin rənginə görə aşkar edilə bilməsi üçündür. Bundan başqa yağ antifrizin qarışması hallarında tez diaqnoz qoyulması üçün bu rənglərdən istifadə edilir. Bəzi firmalar forfor (P) kimi effekt verə bilən və qaranlıqda parlayan, donma dərəcələrinə görə fərqli antifrizlər istehsal edirlər. Ən yaxşı antifrizlər korroziyaya qarşı qatqılar əlavə edilmiş məhlullardır.
Antifrizin rəngindən aslı olmayaraq bizim üçün korroziyanın qarşısını alması, gec donması kmi xüsusiyyətlər maraqlıdır. Antifriz dəyişimi zamanı əvvəlkinin eynisi istifadə edilməli və ya antifriz tam boşaldılaraq dəyişdirilməlidir. Soyuducu sistem yay-qış fərq etmədən suya nəzərən daha qoruyucu olan antifriz ilə doldurulmalıdır. Çünki qışda su donaraq genişləndiyi üçün sistemi partladır, yayda isə qaynayaraq mühərriki dağıdır.
Qeyri-Təbii Antifriz (IAT - Inornagic Acid Technology)
Bu tip antifrizlərdə ayırmaq üçün adətən yaşıl rəng və ya açıq fofor isdifadə edilir.P (Fosfor) və Silikat dan tərkibində isdifadə edilir. P dəmir üçün qoruyucu maddə olduğu kimi Silikat da Alminium üçün qoruyucu maddə hesab olunur. Ortalama 40-50,000 km-dən və ya 2 ildən bir dəyişdirilməlidir. Dəyişikliyinin gecikməsi ilə mühərrik korroziyaya qarşı müdafiəsiz qala bilər ki, bu da mühərriyə ciddi zərər verə bilər.
Təbii Antifriz (OAT - Organic Acid Technology)
Qeyri-təbii antifriz kimi Fosfor və ya Silikata sahib deyil, buna görə də mühərriki korroziyaya görə qoruması daha aşağıdır.
Hibrid Antifriz (HOAT - Hybrid Organic Acid Technology)
Təbii və qeyri-təbii antifrizin qarışıq formasıdır. Tərkibində P və Silikatdan başqa 2-EHA və digər təbii turşularda vard. Silikat soyutma sistemi kanalında meydana gələn çatları doldurmaq kimi bir funksiyanı da yerinə yetirir.
Nitritli Təbii antifriz (NOAT - Nitrited Organic Acid Technology)
Nitrit və Molibden tərkibinə malikdir. Bununla bərabər OAT dan daha çox ömrə sahibdir (1.000.000km). Dayanmadan işləyən yol maşınlarında və ya yarış avtomobillərində istifadə olunur. Müasir avtomobillərdə alüminium daha çox istifadə edildiyi üçün silikat tərkibli antifrizlər, HOAT Hİbrid antifrizlər daha məsləhətlidir. İstehsalçınən kitabçasında məsləhət görülən antifrizdən istifadə etmək lazımdır.
Hansı antifriz olursa olsun su ilə qarışdırıldığında Jele halına gələ bilər və ya tam əksi ola bilər ki, bu da antifrizin vəzifəsini düzgün icra edə bilməməsinə səbəb ola bilər. Təbii və qeyri-təbii antifrizin qarışdırılması ilə əks effekt yarana bilər, mühərrikin daha tez korroziyaya uğramasına səbəb ola bilər. Antifriz istiliyin tarazlanmasına da müsbət edir.
Yapon mənşəli avtomobillər çox vaxt Qırmızı, Avropa mənşəli avtomobillər əsasən Göy və ya Qırmızı, Amerikan mənşəli avtomobillərdə isə Yaşıl və ya Narıncı Antifriz istifadə edir.