At gücü nədir?

1 at gücü (ingiliscə tərcüməsi Horse Power və ya qısaca HP)  1 atın 1 saniyə ərzində 75 kq yük ilə 1 metr yol qət etməsinə sərf etdiyi gücdür.

Bəzi hallarda, at gücü kilovatlarla hesablanır – 1 at gücü 735.5 Vat və ya 0.735 kVt-a bərabərdir.

Atomobilin at gücünü müəyyən etmək üçün ölçü vahidləri lazımlıdır: mühərrikin fırlanma anı və fırlanma sayı. Avtomobilin bu parametrlərini onun kitabçasında və ya internetdə avtomobilin marka və modelini yazmaqla da tapmaq olar.

Sonra tapılan parametrləri bir-birinə vurulur:

(RPM х T) / 5252=HP

RPM – fırlanma sayı, T – fırlanma anı, 5252 -1 saniyə ərzində radian sayı.

At gücü hələ avtomobillərin meydana gəlməsindən daha öncə yaranmışdır. Hələ o dövrlərdə mədənlərdə və digər çətin şaxta işlərində yerin müxtəlif dərinliyindən faydalı filizləri, kömürləri məhz atların köməkliyi ilə çıxardırdılar. Yuxarıda dayanmış bir və yaxud da bir neçə at, onlara qoşulmuş kəndir vasitəsi ilə yerin dərinliyindən müxtəlif zəmbbillərin köməkliyi ilə həmin yükləri dartırdılar. Bu dövrlərdə güc deyilən kimi, hər kəsin ağlına atlar gəlirdi. Çünki, bütün işlərdə atlar geniş istifadə edildiyinə görə güc anlayışında ilk öncə atlar düşünülürdü. 

"At gücü" anlayışı ilk dəfə İngiltərədə 1872-ci ildə mühəndis və fizik olan James Watt tərəfindən işlədilib. James Watt həmin ildə buxar mühərrikini icad etmişdi. Onun icadı tezliklə sadəcə İngiltərədə deyil, bütün dünyada sənayenin inkişafında mühüm rol oynamağa başlayır. Icad etdiyi buxar mühərriklərini satarkən James Watt alıcılara mühərrikin gücü haqqında məlumat verməli idi. Məhz bunun üçün at gücü anlayışından istifadə etməyə başladı.

at_2.jpg

James Watt , bir gün kömür mədənində su boşaltmada istifadə olunan buxarlı maşınlarının neçə at gücünə bərabər olduğunu hesablamaq qərarına gəlir. İlk dövrlərdə James Watt, çarxa bağlı ipi çəkən bir atın , ipin o biri ucundakı 250 kiloqramlıq yükü bir saniyədə təxminən 30 sm yüksəyə qaldırdığını ölçmüşdür. Buxarlı bir maşın isə 500 kiloqramlıq bir yükü, 1 saniyədə 30 sm yuxarı qaldıra bilirdi. Buna görə buxarlı maşının 2 at (HP ) güc istehsal etdiyini təsbit etdi. Beləliklə at gücü HP (Horse Power) qısaltması ilə işarə edilərək istifadə edilməyə başlandı. Günümüzdə isə metrik sistemdə 1 at güc 735,49875 Watt elektrik gücünə bərabər götürülür. Amerikan ölçü sistemində isə 1 at gücü 745,69987158 Watt elektrik gücünə bərabərdir.

at_1.jpg

Avtomobilin at gücünü asanlıqla müəyyən edən xüsusi avadanlıqlar var. Avtomobil platformaya qaldırılır, sabitlənir və qaz pedalı döşəməyə qədər sıxılır. Bir neçə dəqiqədən sonra kompüter güc ölçü vahidini hesablayır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0