Avtomobil şinləri

Avtomobil şinlərini 3 növü var: qış, yay və bütün mövsümlər üçün. Onlar bir-birindən təkərlərin tərkibi və protektorların cizgiləri ilə fərqlənirlər.

Qış şinlərinin xarakterik cəhətləri:

- Protektorun şəkli çox aydındır

- Çox vaxt onun tikanları olur

- Qış təkərlərinin xarakterik cəhəti onların yüksək plastikliyidir.

Yay şinlərinin xarakterik cəhətləri:

- Protektorlarında ,əsasən, suyun axıdılmasına xidmət edən uzununa cizgilər üstünlük təşkil edir, eninə cizgilər isə daha azdır.

- Qışda aşağı temperaturda yay şinlərinin rezini sərtləşir və yol örtüyü ilə yaxşı tutunmanı təmin etmir.

Bütün mövsümlər üçün şinlər özündə həm qış, həm də yay şinlərinin parametrlərini birləşdirir. Onların niversal protektorları olur və bu zaman çox şey protektorun naxışından və rezinin tərkibindən asılıdır.

 sin_2.jpg

Düzgün şin seçimi

Düzgün seçilmiş təkərlər sizə yanacaq sərfində ən azı 5% qənaət etməyə imkan verəcək. Şin düzgün təzyiqdə saxlanılmalıdır. Təzyiqin cəmi 10-15% azalması yanacaq sərfini çox artıra, avtomobilin idarəedilməsini aşağı sala, yəni düzgün şin seçmək cəhdlərinizi heçə endirə bilər. Şin seçilməzdən öncə onun hansı relyefdə, iqlim şəraitində, istismar ediləcəyi nəzərə alınmalıdır. Havanın tempraturu müsbət 5 dərəcədən aşağı düşürsə mütləq avtomobilin təkərlərinə qış şinləri taxılmalıdır. Azərbaycanın tərəfdaş çıxdığı və icrası məcburi olan “Yol Hərəkəıti Haqqında” Vyana Konvensiyasının 3-cü fəslinin Əlavələr bölməsində şinlər haqqında deyilir:

“Avtomobilin təkərləri və onun qoşqularının təkərləri pnevmatik şinlərlə təchiz edilməllidir.  Bu şinlər təhlükəsiz idarəetməni təmin etməli, onun yerlə təması, hətta yağış zamanı belə kəsilməli deyil”.

Avtomobilinizə uyğun maksimal yüklənməli şinlər almaq lazımdır. Yəni həm yük, həm də sərnişin daşınması üçün nəzərdə tutulan avtomobillər üçün olan şinləri minik avtomobilinə, yaxud da əksinə, quraşdırmaq məqsədəuyğun deyil. Alış zamanı istehsalçının məsləhət gördüyü və markalanmaqla şində əks olunan sürət indeksini də nəzərə almaq lazımdır.

Təkər seçimi zamanı yükləmə indeksi əsas rol oynayır. Bu, maşının təkərlərinin dözdüyü çəkidir. Sürət indeksində isə avtomobilin gücü və idarəetmə üslubu nəzərə alınmalıdır. ​Şinlərin hər  1500-2000 km-dən sonra balansını yoxlatdırmaq lazımdır. Uzun müddət eyni təkər istifadə edirsinizsə hər 10 000-12 000 km-dən sonra balans etdirmək lazımdır.

​Şinlərin içərisində hava çatışmırsa bu, onun tez qızmasına səbəb olur. İstehsalçı tərəfindən müəyyənləşdirilmiş havanın təzyiqi normadan aşağıdırsa şin qısa müddətə sıradan çıxa və laqeyd yanaşdıqda yolda hərəkət zamanı problemlər yarana bilər. Şinlərdəki  təzyiqin  yoxlanışı avtomobil sürülməmişdən öncə,  soyuq təkərlərdə aparılmalıdır. Çünki müəyyən qədər məsafə qət etmiş avtomobilin şinləri qızdığı üçün orada təzyiq artmış vəziyyətdə olur.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0