Avtomobil həvəskarlarının diqqət etdiyi məqamlardan biri də onun diskləridir.
Bir çox sürücülər diqqət çəkmək üçün maraqlı və fərqli disklərdən istifadə edir. Disklər heç də sadə bir komponent deyil. Böyük istehsalçılar davamlı olaraq avtomobil diskləri istehdal edirlər. Burada yeni dizaynlar, eyni zamanda yeni müasir texnologiyalardan istifadə edilir. Həmçinin istehsal zamanı güclü və dayanıqlı materiallardan istifadə də əsas məsələlərdəndir.
Disklər tərkibinə görə (müxtəlif qarışıqlardan, materiallardan hazırlana bilər), müxtəlif yığılma üsullarına görə bir-birindən fərqlənir. İstifadə edilən rastlaşdığımız disklərin əksəriyyəti ya alüminium qatqısı ya da poladdan hazırlanır.
Alüminium disklər
Alüminium disklərin alüminium və nikkel qarışığından formalaşır. Onun əsas hissəsi alüminiumfan ibarət olur. Təkvə alüminiumdan istehsal etmək səmərəli deyil. Çünki alüminium nisbətən yümşaq xaralterlidir. Buna görə də nikkelıə qarışdırılır ki, diskin dayanıqlılığı, möhkəmliyi artsın. Burada alüminium 90%, nikkel isə 10% olur. Alüminium Alüminium daha yumşaq xarakterinə görə seçildiyi üçün İstehsal prosesində alüminium, əvvəlcə, qızdırılaraq əridilir, bundan sonra satışa çıxarılacaq disk formasına uyğun olaraq qəliblərə tökülür. Bundan sonra artıq digər lazəmi prosedurlar həyata keçirildək sonra disklər hazır hala gətirilir.
Polad disklər
Alüminium disklərdə olduğu kimi polad disklərdə də tərkib yeganə deyil. Polad disklər polad və karbonun qarışığından əmələ gəlir. Polad disklərin nisbətən çatışmazlığı odur ki, nisbətən ağır olur. Buna da sürücülər diqqət edir. Lakin polad disklər ağır olmalarına baxmayaraq onların təmir olunması və yenidən formaya salınması daha asandır. Öolad disklər hazırlanarkən ayrı-ayrı hissələr presləmədə ayrılır bə sonra bir-birinə qaynaqlanaraq disk hazırlanılır.
Polad disklərin ağır çəkili olması sürətlənmənin və eyni zamanda çevikliyin azalmasına təsir edir. Bundan başqa yanacaq sərfiyyatına da nisbətən mənfi təsir göstərir. Lakin qeyd edək ki, polad disklər qırılma, çartlamaya qarşı daha dözümlü olmasına görə fərqlənirlər. Onların həmçinin qış fəslində daha dözümlüdür. Çünki buz əridən maddələrə, çınqıl və əyləc tozlarına qarşı dözümlü olurlar.
Qeyd edək ki, dövrümüzdə istifadə olunan disklərin əksəriyyəti alüminium qarışığı olan disklərdir. Üstünlük verilməsinin səbəbi isə bu növ disklərin yüngül olması və istiyə qarşı davamlı olması ilə əlaqədardır. Onlar müxtəlif formalarda və ölçülərdə istifadəyə verilirlər və xərcinə və avtomobilin performansını balanslaşdırmasına görə sürücülər tərəfindən daha yüksək qiymətləndirilir. Bir məqamı da qeyd edək ki, polad disklər alüminium disklərə nisbətən daha ucuzdurlar.