Avtomobillə hər zaman yolları yaxşı tanıdığımız yerə getmirik. Həmçinin daha qısa yollarla daha tez çatmaq da sürücülərin arzusudur. Bu problemlərin həlli üçün avtomobillərdə sistemi quraşdırılır. Uzaq məsafələrə gedərkən, həmçinin taksi fəaliyyəti ilə məşğul olan sürücülər üçün bu daha çox laızmdır. "Naviqasiya" termini Latın mənşəlidir. Riyazi olaraq, avtomobil naviqasiyası, böyük bir şəbəkədəki iki nöqtə arasında bəzi meyarlara (ən qısa, ən ucuz, sürətli və s.) ən yaxşı cavab verən yolu necə müəyyənləşdirməyi araşdıran qrafika nəzəriyyəsi daxilində ən qısa yol probleminə əsaslanır.
Əvvəllər naviqasiya sistemləri yalnız uzun səfərlərdə sürücüyə kömək məqsədi ilə təqdim olunurdu. Peyk sistemi bir çox avtomobildə dəqiq marşrut xəttini təmin edərək bir sıra problemi həll etməkdə səmərəli idi.
1988-ci ildə peyklərin sayı 18 idi ki, bu da dünyanın istənilən yerində avtomobili aşkar etməyə imkan verirdi. Əvvəlcə 1 avtomobil üçün kompleks dəst 500 dollara başa gəlirdi. Sonrakı mərhələdə:
1. Məlumat ötürmək üçün elektrik impulslarından istifadə. Məlumdur ki, bu gün avtomobillərdə tellər (simlər) daha azdır.
2. Multikompleksin yaradılması. Bu, müxtəlif funksiyaların olduğu kompakt avadanlıq yaratmağı mümkün etdi.
Bu gün multimedia kompleksi maşını idarə etmək, o cümlədən bütün sistemləri qurmaq üçün demək olar ki, funksiyaların hamısını özündə birləşdirir. Müasir zamanda sürücülər avtomobilləri ilə məsafədən asanlıqla əlaqə qura, təhlükəsizliyini izləyə və ya uzaqdan idarə edə bilərlər.
Qlobal avtomobil istehsalçıları, əsasən, modellərini naviqasiya sistemi ilə təklif edirlər. Əksər avtomobil markaları Azərbaycan bazarında təmsil olunsa da, istehsalçı tərəfindən dəstəklənən, Azərbaycan dilində olan naviqasiya sistemi təkcə Hyundai markasındadır.