Avtomobildən çıxan tüstü

İxrac borusundan çıxan tüstünün rəngi avtomobilin nasazlığından və ya digər məqamlardan xəbərdarlıq rolunu oynayır.

Tüstü adətən yanacağın tam və ya düzgün yanmamamğı səbəbindən və ya soyuducu mayenin, yağın silindrə düşməsindən əmələ gəlir. İxrac borusundan çıxan ağ tüstü, əslində, soyuq mühərrikin qızma rejimi üçün normal haldır. Lakin bu, tüstü yox, buxardır. Buxar halında su ixrac sistemində yüksək nəmliyin əlamətidir. Qızdırılma anında ixrac sistemindəki su buxarlanır və bəzən rütubət kondensasiya edir və su şəklində ixrac borusundan süzülür. Sistem qızandan və rütubət aradan qalxdıqdan sonra tüstülənmə dayanır. Nəzərə almaq lazımdır ki, -10 dərəcədə də ağ buxar yaranır, mənfi 20-25 dərəcə selsidə isə buxar daha qatı,ağ rəng alır.

Qara rəngli dumanın çıxması:

Qara tüstü hava-yanacaq kütləsinin həddindən artıq zənginləşməsindən yaranır və enerji sisteminin, yanma sisteminin və yanacaq püsgürmə sisteminin nasazlığından baş verir. Bu halda yanacağın daha çox istifadəsi hiss edilir, avtomobili işə salma problemli olur, mühərrik səlis işləmir, ixrac borusundan kəskin iyli qaz çıxır və mühərrikin gücünün itməsi halları ilə müşayət edilir. Yanacaq nasosunun təzyiqinin çox olması və ya hava kanallarında tutulma, MAF sensorun düzgün işləməməsi, hava kəpənəyinin tutulması, elektrik sistemində akkumulyatorun, dinamonun, bobinlərin, injektor sistemi və ya alışdırıcı şamların düzgün işləməməsi və ya sıradan çıxması ilə olur. 

Benzin mühərrikli avtomobillərdə qara tüstü adətən müxtəlif datçiklərin nasazlığından, forsunkanın hermetik olmamasından yaranır. Forsunka ilə yaranan problem isə daha qorxuludur. Belə ki, işləməyən mühərrikin nasaz forsunkasından silindrə çoxlu yanacaq axa bilər və bu da öz növbəsində porşenin yuxarı son nöqtəyə qədər qalxmasına mane ola bilər.

Qış fəslində soyuq mühərrikdən çıxan su buxarı kimi görünən duman avtomobildə daha ciddi problemlər olduğunu göstərə bilər. Ağ dumanın çox tünd və daimi çıxması avtomobilin mühərriyinin sağlam olmadığını göstərir. Ağ tüstü daim müşahidə edilərsə bu zaman səbəbi tapmaq lazımdır. Yağışlı havalarda eqzoza dolan suyun zamanı qısa müddətli belə bir effekt ola bilsə də, mühərriyə dolan az miqdarda su da bu effekti verə bilər. Lakin problemin əsası isə çox zaman silindir bloku qapağının bloka birləşdiyi hissədəki kauçukun yanması (və ya zərər görməsi) səbəbdən olur. Bu zaman soyuducu sistem suyunun silindrlərə qarışması və bu zaman silindirlərdəki suyun buxarlanaraq eqzozdan çıxması kimi müşahidə olunur. Bəzən isə ağ tüstü "qızdırılmış" avtomobillərdə də adi vaxtda görünür. Buna səbəb soyuducu məhlulun silindrdə qalması, sızması ola bilər. Soyuducu məhluldakı su yanacağın yanması zamanı tam buxarlana bilmir və ağ buxar əmələ gətirir. Silindr blokunda su soyuducu sistem kanallarının paslanması və ya çürüməsi ilə də kanalın həndəsi quruluşunu itirməsi ilə suyun yenə silindirlərə gəlməsi səbəbilə ola bilir. Bu zaman radiatorunnsuyu da azala bilər. Bu problemin ən əsas səbəbi antifriz dəyişiminin düzgün aparılmamasıdır. Mühərriyə düzgün yağ tökülməməsi və ya yağ dəyişiminin gecikməsi, mühərriyin çox yüksək dövrlərdə işləməsi də bloklar arası kauçukun yanmasına səbəb ola bilir. Kauçuk yanmasına soyuducu sistem suyunun azalması, su nasosunun və ya yağ nasosunun düzgün işləməməsi, eyni zamanda yağ filtrinin tutulması da səbəb ola bilər.

tustu_2.jpg

Mavi rəngli dumanın çıxması: 

 

Eqzozdan mavi rəngli dumanın çıxması mühərriyin yanacaqla bərabər yağ yandırmasının əlamətidir. Mühərriyin yanma otağına yağın keçməsinin qarşısını alan kauçukların sıradan çıxması və silindr blokundakı yağ kanallarının aşınması ilə yağ yanma otağına keçir və tez bir zamanda ciddi yağ azalmasına səbəb ola bilir.

Boz rəngli dumanın çıxması:

Burada başlıca səbəb Turbonun yağ yandırması olur. Turbo sistem mühərrik yağı ilə qidalanır. Turbonun yağ kanallarının aşınması, turbo mili yuvalarının aşınması yağ itgisinə və bu yağların yanmasına səbəb ola bilir.

Sürət qutusunda titrəməli keçidlər hiss edilirsə və bununla bərabər mexaniki səslər eşidilirsə problemin buradan ola bilər. Avtomatik sürət qutusu olan avtomobillərdə vakum modulunun nasaz olması ilə sürət qutusunun yağının mühərriyə qaçması və orada yanması da bu problemlər arasındadır.

1 istifadəçi baxışı

5 ulduzdan 5
  • 5 star
    1
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0
Ela
5 ay əvvəl
Your review
Ela
Show more
0 nəfərdən 0 aşağıdakı rəyləri faydalı hesab etdi