Avtomobilin beyni

Bir zamanlar avtomobillər sadə mexaniki konstruksiyalar idi. Zamanla xeyli təkmilləşdirmələr aparıldı.

Müxtəlif texnologiyalarda, kompüterlərdə və s. bir mərkəzi idarəetmə sistemi mövcuddur. Məhz beyn adını verdiyimiz bu qurğu avtomobillərdə də var.

ECU (ingiliscə Engine Control Unit) avtomobilin beyni desək yanılmarıq. Müasir avtomobillər mühərriklərdə bir elektronik beyin (ECU) tərəfindən idarə olunur. Mühərrikdə demək olar ki, bütün hissələr bilavasitə və ya dolayısıyla elektronik beyinlə əlaqəlidir. Elektron mühərrik idarəetmə bloku güc blokunun düzgün işləməsini təmin edən ən vacib elementdir. Təhlükəsizlik sistemlərinin idarə olunması da ECU-nun funksiyasına daxildir. Qəza sensörlərindən siqnallar qəbul edildikdən sonra, bu məlumatlar hava yastıqlarının açılmasına qərar vermək üçün işləyir.

Bütün mühərrik datçikləri, eyni zamanda emissiya sistemi datçikləri elektronik beyinə bağlıdır. Bu datçiklərdən hər hansı biri nasaz olanda Elektronik beyin qəza vəziyyətinə düşür və mühərrik qəza vəziyyətində işləyir. Müasir avtomobillərdə emissiya sistemi (zəhərli qazların təmizləyib havaya buraxan sistem) bir neçə datçiklərlə zənginləşdirilmişdir. Bunlar da Elektronik beyinə bağlı olduğu üçün mühərrik nasaz işləyir və ya tamamilə dayanır. Zəhərli qazlar yanacaq və hava qarışığının yanmağı nəticəsində yaranır. Buna görə də hava və yanacaq sisteminin düzgün işləməsinə diqqət etmək lazımdır. Yanacaq sistemini təmiz saxlamaq və zamanında benzin filtrini dəyişdirmək lazımdır. Hava sistemində də Air Flow Meter deyilən cihaza diqqət edilməlidir.

Bəs Air Flow Meter nədir?

 beyin_2.jpg

Daxili yanma mühərrikinə daxil olan havanın miqdarını ölçmək üçün avtomobildə istifadə edilir. Benzin mühərriklərində, elektron idarə bloku (ECU) yanma üçün lazım olan havanı hesablayır Air Flow Meter- də havanı ölçərək düzgün yanmanın əmələ gəlməsinə şərait yaradır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0