Dövrümüzdə qabaqcıl ixtiralardan biri də avtomobilin avtopilot funksiyası ilə təchiz edilməsidir.
Bu sahədə bir çox avtomobillər təhlükəsizliyə zəmanət versə də bəzi sürücülər tam etibar edə bilmir. Bu məqaləmizdə avtopilot funksiyası olmayan bir çox avtomobillərə də bu sistemin tətbiq edilməsini təmin edən və George Hotz tərəfindən ixtira edilmiş cihaz haqqında məlumat verəcəyik.
Cihaz George Hotz tərəfindən hazırlanılıb və təqdim edilib. O cihaz vasitəsilə bir çox avtomobillər avtopilot funksiyasını yerinə yetirə bilər. Həmin sistemin adı Comma One adlanır. Sistem vasitəsilə sükana toxunmadan istənilən yerə getmək olar. O, avtomobilin ətrafındakı obyektləri izləyə bilən radar və kameralardan ibarətdir. Lakin sürücü olmadan istifadə etmək riskli və təhlükəlidir. Çünki sistem qəza halında düzgün işləməyə bilər. Cihazın qiyməti isə 1000 dollardır.