AWD sistemi nədir?

Avtomobillərdə çəkmə sisyemləri müxtəlifdir.

Daha yeni olaraq yaranmış bir sistem AWD texnologiyadır. 4×4 sisteminə çox bənzəyir. Məlum olduğu kimi, 4×4 sistemində mühərrikdə istehsal edilən güc avtomobilin bütün təkərlırinə eyni dərəcədə ötürülür və hərəkət də eyni dərəcədə olur. AWD sistemi 4x4dən fərqli olaraq, demək olar ki, bütün avtomobillərdə istifadə oluna bilər. Bu sistemlərin bir-birinə çox bənzəməsindən danəşmışkən qryd edək ki, hətta BMW öz rəsmi saytında bu iki sistemin eyni olduqlarını ifadə etmişdir. Lakin bu sistemlər eyni deyildir və arasında fərqli cəhətlər var. AWD sistemi bütün yol şəraitlərində daha yaxşı idarəetmə və kontrolu təmin edir. Sistemin hər zaman işlək vəziyyətdə olması onun üstünlüyünü artıran əsas amildir. Ani vəziyyətlərdə idarəetməni asanlaşdırır.

awd sistemi 2

AWD avtomobillərdə güc təkərlərə ehtiyac olunan müxtəlif dərəcələrlə ötürülür. Fiziki olaraq diferensiallar, transfer qutuları və ya elektron olaraq əyləc vektorları (xüsusi tələb olunan vəziyyətdə əyləclərin hansısa bir xüsusi təkəri yavaşlatması) vasitəsilə ötürülür. AWD avtomobillər ön və ya arxa baş oxa istehsal olunmuş gücü göndərir və hər hansı bir sürüşmə və s. halı təsbit etdikdə gücü o təkərlərdən ayırır. Göründüyü kimi bu sistem zəruri hallarda, çətin vəziyyətlərdə avtomobil idarəetməsini asanlaşdırır. AWD haqda Subarunun belə bir klassik sloqanı vardır: “Gücü sürüşən təkərlərdən ilişən, dayanan təkərlərə ötürmək". Yəni əgər yol sürüşkəndirsə və dönmə və ya digər hallarda avtomobil sürüşərsə, onu dayandırmaq və sürücünün idarəetməni itirməməsi üçün onu saxlayan təkərlərə ötürmək olar. AWD avtomobillərdə sistem hər zaman açıq şəkildə sürücüdən hər hansı bir aktivasiya tələbi etmədən işləyir.

AWD sisteminin 4x4dən bir sıra üstün cəhətləri var. Məsələn, bu gün bir çox AWD sistemində komputerlərdən istifadə olunur. Hər təkərdə olan sensorlar dartmanı, təkər sürətini və bu kimi bir sıra başqa xüsusiyyətlərə nəzarət edir. Mühərrik kontrol mexanizması dartma vəziyyətlərini analiz edir və hansı təkərə gücün ötürülməsinə qərar verir. Lakin qeyd etmək lazımdır ki, off-road yerlər üçün 4×4 sistemi ən ideal sistemdir. AWD sistemi həmin yollar üçün uyğun olmaya bilər.

 awd sistemi 3

Sistemin bir mənfi cəhəti kimi demək olar ki, onun yanacaq sərfiyyatına qənaət etməməsi, hətta qənaətin azalmasına təsir etməsidir. Həmçinin müəyyən qədər avtomobilə mürəkkəblik verir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0