Head-up Display nədir?

Avtomobil texnologiyaları inkişaf edir və idarəetmə zamanı sürücülərin imkanları artır.

Bu texnologiyalar, xüsusilə, idarəetmə zamanı təhlükəsizliyin mümkün qədər maksimum səviyyəyə qaldırılması üçün uyğunlaşdırılır. Yeni texnologiyalar tətbiq edilməzdən əvvəl mövcud problemlər araşdırılır və bütün aspektlər nəzərə alənaraq avtomobillərə tətbiq edilir. Həmin texnologiyalardan biri da haqqında danışacağımız "Head-Up Display"dir.

 

Bu sistem qısaca olaraq HUD kimi də tanınır. Əvvəlki illərdə yalnız hərbi təyyarələrdə istifadə edilən bu texnologiya, əsasən, köməkçi bir vasitədir. Pilotun başını əyərək aşağıdakı cihazlara baxaraq bir dıra zəruri göstəriciləri izləməməsi üçün hazırlanan bu texnologiya, başını dik tutaraq yalnız önə baxmasını, idarəetmə zamanı fikrinin yayınmamasını, ən vacib məlumatların öndə olmasını təmin edir. Yəqin ki, artıq avtomobillərdə də necə işlədiyi barədə təsəvvürünüz formalaşdı.

Sürücünün tez-tez diqqət etməli olduğu əsas məlumatlar avtomobilin ön şüşələrində əks olunur. Bu şəkildə sürücü gözlərini yoldan çəkmir və diqqətsizlik üzündən yol qəzası ehtimalı minimuma endirilir. Sürücünün görə biləcəyi şüşədəki məlumatlar nə qədər yanacağın qaldığı, avtomobilin sürəti və s. barədə çox məlumat əldə etməyə imkan verir. Naviqasiya sistemini də ön şüşəyə köçürmək mümkündür. Üstəlik, hava günəşli və ya torpaq nəm olanda da mükəmməl görünə bilir. Sürücünün dik oturması kifayətdir. Parlaqlığı və istədiyiniz məlumatları tənzimləmək və yadda saxlamaq mümkündür.

Yeni nəsil nəqliyyat vasitələrində getdikcə daha çox yayılan Head - Up xüsusiyyətini avtomobilinizdə əvvəldən yoxdursa əlavə etmək mümkündür. Əvvəlcə, avtomobilinizin şüşəsi çıxarılır və müvafiq şüşə əlavə edilir, sonra avtomobilinizin konsoluna reflektor əlavə olunur. Çox uzun və zəhmətli bir işdir. Qiyməti də aşağı deyil. Bunun əvəzinə əsasən xarici sistemlərə, yəni digər növlərinə üstünlük verilir.

gh_2.pngHudway Glass şirkəti tərəfindən istehsal olunan və bu adla çağırılan başqa bir sistem Virtual Göstərici Paneli olaraq istifadə olunur. Hər avtomobilə bir HUD xüsusiyyəti təmin edən Hudway Şüşə, avtomobilin tablosuna yerləşdirilən bir hissədir. İstədiyiniz yerə yerləşdirdikdən sonra smartfondakı Hudway Glass tətbiqini açmaq lazımdır. Hudway Glass eyni zamanda telefondakı görüntünü şəffaf ekrana ötürür və sürücünün onu heç bir şəkildə narahat etməməsinə imkan yaradır. Son illərdə daha çox inkişaf edən Hudway Glass dünyanın bir çox ölkəsində məşhurdur. İOS və Android telefonlarında istifadə etmək mümkündür və  naviqasiya, sürət və radar kimi məlumatları göstərir.

Sygic Head-up          

 gh_3.jpg

Digər bir həll Sygic tətbiqidir. Həm İOS, həm də Android-də pulsuz istifadə edilə bilən bu tətbiq ilə naviqasiya məlumatları cib telefonu ilə ön şüşəyə əks olunur. Bu şəkildə sürücü tanımadığı bir yerə səyahət edərkən, önə baxaraq avtomobili idarə edə-edə mərkəz konsolundakı naviqasiyaya asanlıqla baxa bilər. Smartfondan ön şüşəyə istiqamətləndirilən naviqasiya sayəsində diqqətini yayındırmadan sürməyə davam edir. Sürücü sadəcə əvvəlcədən telefonunu ön şüşəyə yaxın bir yerə yerləşdirməlidir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0