İntercooler hava soyutma sistemidir. Turbo və supercharger avtomobillərdə istifadə olunur.
O, supercharger və turbodan çıxan isti havanı soyutmaq üçün istifadə olunan bir radiator kimidir. İntercooleri, əslində, fərqli bir radiator növü adlandırmaq olar. Bir çox insan intercoolerin turbo sistemini soyutduğunu düşünür, ancaq intercooler sorulan havanın soyudulmasını yerinə yetirir. Turbo mühərrik yağı və küləyin təsiri ilə soyudulur. Çox bahalı soyuducu sistemlər də var. Təxminən 250 dərəcəlik bir istilik temperaturu ilə intercoolerə girən hava burada 60 dərəcəyə qədər soyudulur. Turbo/supercharger mühərrikə daha çox hava göndərmək üçün alınan havanı sıxışdırır. Sıxışdırılan havanın temperaturu sürətlə artır. Qızmış havanı onun içində lazımi qədər oksigen olmadığı üçün birbaşa mühərrikə göndərmək doğru deyil. Lakin soyuq havanın daxilində olan oksigen miqdarı isti havada olan miqdardan daha çox olur. Buna görə isti hava intercooler-ə göndərilir. İntercooler vasitəsilə həmin hava soyudulur. Daha çox yanacaqla qarışıb daha çox güc yaratmaq üçün oradan yanma kamerasına, sonra da mühərrikə göndərilir.
Turbo və ya kompressor (super yükləyici) tərəfindən çox yüksək təzyiqlə sorulan təmiz havanın istiliyinin artması bir düsturla izah edilə bilər.
PV = nRT . Bu düsturda bizi maraqlandıran 2 dəyişən var. P (Təzyiq) T (Temperatur) dəyişənləri.
Neçə növ intercooler var?
Hava ilə soyudulan və su ilə soyudulan olaraq 2 növ vardır.
Su ilə soyudulan sistem, avtomobil mühərriklərini soyudan radiator sisteminə bənzəyir. Bu bahalı bir sistemdir və yüksək performanslı, bahalı və özəl avtomobillərdə rast gəlinir.
Bir çox avtomobillərdə ön hissədə qərarlaşmış hava ilə soyutma edən intercooler-ə rast gəlinir. Bu sistemin ucuz, daha az çəkili olmaq kimi müsbət xüsusiyyətləri vardır. Buna görə də bu sistemli intercoolerlar daha çox yayılmışdır. Burada sıxışdırılmış isti hava borular və soyutma kanalından keçir. Avtomobilin ön hissəsindən sürətlə daxil olan soyuq hava sıxışdırılmış isti havanı soyutmağa başlayır.
Su soyutmalı sistemli intercoolerlar mühərriki arxada yerləşən avtomobillərdə daha çox istifadə olunur.Hava-su sistemli intecoolerda istiliyi transfer etmək üçün sudan istifadə olunur. Bu sistemdə sıxışdırılmış isti hava soyuq su vasitəsilə soyudulur. İsti havanı soyudan su isindiyindən onun özü də başqa bir radiatora ötürülür və orada yenidən soyudulur, sıxılmış soyuq hava isə öz məcrasında yanma kamerasına göndərilir. Bu intercoolerin müsbət cəhəti onun turbodan çıxan havanın daha qısa yolla mühərrikə göndərməklə təzyiq itirilməsini azaltmasıdır.
Su ilə soyutma hava ilə soyutmadan daha effektlidir. Lakin bu sistem daha qarışıq və bahadır. Hava soyutmalı sistemin mənfi cəhətləri isə avtomobilin ön hissəsində yerləşdirilməli olmanın yaratdığı uzun proses və hava-su sistemindən daha az effektli olmasıdır.