LPG, avtomobilə qaz quraşdırmaq

LPG rəngsiz, iysiz, mayləşdirilmiş neft qazıdır. LPG quru yanacaq deyil. Quru yanacağa misal olaraq kömürü göstərə bilərik. İlk dəfə

1810-cu ildə İngiltərədə istifadə olunmuşdur. Minik avtomobillərində daha çox istifadə olunur. Bəzən sürücülər LPG çənini yük yerində əlavə yer tutduğu üçün yerləşdirmək  istəmir, bunun üçün ehtiyat təkərin yerinə quraşdırıla bilən LPG çənləri də mövcuddur.

Bir çox sürücü LPG-ni təhlükəli hesab edir, lakin standartlara uyğun və keyfiyyətli LPG taxıldığı zaman narahat olmağa lüzum yoxdur.

Hazırda istifadə olunan LPG-lərin 70%-i butan, 30%-i propan qazından ibarətdir. LPG havadan ağır olduğu üçün sızıntı zamanı yerə çökür. Avtomobillərdə istifadə olunan LPG sistemləri keyfiyyətli materiallardan hazırlanır və baxımı düzgün edildikdə dizel və benzin mühərrikdən də etibarlı sayıla bilər. Turbo motorlu avtomobillər LPG ilə uyğun olsa da əsasən 2.0 və yuxarı atmosferik motorlar da bunun üçün seçilir. LPG-nin güc cəhətdən verdiyi performans aşağı olsa da məsafə baxımından daha çox km verir. LPG quraşdırıldıqdan sonra motorun istiliyi yüksək olur. Bu da nəticədə suyun səviyyəsinin azalmasına səbəb olur. Bu zaman narahat olmağa ehtiyac yoxdur, əsas tapşırığınız onun səviyyəsini mütəmadi olaraq yoxlamaqdır. Motorun yağ yeməsinə səbəb ola bilər. Çətin yollarda motor LPG ilə gücə düşəcəyi üçün temperatur yüksələcək, bu zaman benzin rejiminə keçmək lazımdır.

LPG ilə işləyən motor daha səssiz və vuruntusuz işləyir, motora və motor yağının ömrünə müsbət təsir edir, daha az zərərli qaz xaric edir. Requlator qoyulmadığı zaman yayda və qışda təzyiq dəyəri tənzimlənməlidir. Ancaq sabit tənzimləyici olduğu zaman buna ehtiyac qalmır.

Hazırda LPG sistemlərində təhlükəsizlik tədbiri kimi bir çox təchizat quraşdırılır. Ucuz olsun deyə qeyri-peşəkar yerlərdə LPG qoşdurmaq məsləhət deyil.

Normalda yanacaq çənindən maye halında gələn LPG tənzimləyicidə mühərrik soyutma suyunun istiliyinin təsiri ilə buxarlanır və qaz halında mühərrikə göndərilir. Ancaq hava soyuq olanda tənzimləyici soyuq olduğu üçün tənzimləyici və boruların içində LPG donur. Nəticə olaraq LPG-nin bütün hissəsi buxarlana bilmir və motora qaz halında gedə bilmir. Bu da mühərrikin işləməməsinə səbəb ola bilər. Bəs bu zaman nə edə bilərik deyirsinizsə: mühərriki axşam söndürən zaman benzinə çevirib söndürün və sabah yenidən benzin halında işə salın. Əgər yanacaq çənində benzin azdırsa LPG beyninə və borularına isti su tökün. Nəticədə həmin problem aradan qalxacaq və mühərrik işə düşəcək.

Bəzən sürücülərin narahat olduğu bir məqam LPG-nin motpru qurutmasıdır ki, narahat olmayın LPG  motoru qurutmur.

Avtomobilinizə qaz avadanlığı quraşdırmaq istəsəniz yol polisindən icazə almalısınız. Əks halda qanunvericiliklə məsuliyyətə cəlb olunacaqsınız. Prosesin bu şəkildə təşkili, əslində, avadanlığl quraşdırarkən təhlükəsizliyinizi artrırır. İcazə alındıqdan sonra müvafiq lisenziyası olan, texniki təmir stansiyalarında zəmanətlə bu sistem quraşdırılır. Quraşdırılmadan sonra yanacaq sisteminin dəyişdirilməsi ilə bağlı Dövlət Yol Polisində təkrar qeydiyyat aparılır.

lpg_2.jpg

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0