Mühərrik kəpənəklərinin əsas funksiyası mühərriyə havanın daxil olmasını təmin etməkdir.
Hər bir avtomobildə kəpənək var. Kəpənəklərin başlığında xüsusi sensor olur ki, o, kəpənəyin nə qədər açıq vəziyyətdə olmasını mühərrik idarəetmə blokuna göndərir. Həmin məlumata əsasən mühərrik yanacağı tənzimləyə bilir.
Mühərriyə soyuq havanın daxil olmağı üstünlükdür. İsti havanın alışması ilə soyuq havanın alışması arasında çox fərq var. Bəzi mühərriklərdə hava xüsusi radiator vasitəsi ilə soyuyur və daha sonra kəpənək vasitəsilə mühərriyə daxil olur. Bir məsələ də məlumdur ki, isti hava yüngül olduğu üçün daim yuxarıda olur, amma soyuq hava ağır olduğundan aşağıda olur. Kəpənəyə hava daxil olarkən idarəetmə bloku tərəfindən nəzərə alınılır və bu halda mühərrik yanacağı tənzimləyir, əgər kolektordan sonra hava çəkmələr varsa hava çox olacaq və alışma düzgün getməyəcək. Mühərrik nə qədər qəbul edirsə ona uyğun yanacaq verir. Amma mühərrik hava cəkdiyindən hava çox və yanacaq az olduğu üçün nəticədə düzgün partlayış getməyəcək. Bu da mühərriyin nizamsız şəkildə işləməsinə səbəb olacaq.
Troslu variantı köhnə avtomobillərə şamil edilir. Sürücü tərəfindən kəpənəyin hansı bucaqda açılıb-bağlanması təyin edilir. Onun açılması qaz pedalına bağlı olur. Bu isə tros vasitəsilə mümkündür. Troslu variant da buna görə belə adlandırılmışdır. Sürücü qaz pedalına basdıqda kəpənək açılmağa başlayır. Onun üzərində açılma bucağını təyin edən sensor mövcuddur. Həmin sensor məlumatı idarəetmə blokuna göndərir. Mexaniki variantlarda problem yarandıqda onu kənardaan görmək olmur. Bu problem zamanı tros və ya sensor sıradan çıxa bilər. Trosun qırılması və ya genişlənməsi nəticəsində mühərrik düzgün işləməyə bilər. Təbii ki, bu da avtomobilə zərərlidir.
Elektron variant troslu variantdan fərqli şəkildə çalışır. Ən əsas fərq də elə elektron variantda trosun olmamasıdır. Pedalda xüsusi sensor yerləşdirilmişdir. Bu sensor qaz pedalı basıldıqca onun nə qədər basıldığını anlayır və həmin məlumatı mühərrik idarəetmə blokuna göndərir. Göründüyü kimi idarəetmə blokuna məlumatın göndərilməsi troslu variantdan fərqlidir. Bəs elektron variantda bundan sonra nə baş verir? İdarə etmə bloku məlumatı qəbul etdikdən sonra kəpənəyə məlumat ötürürür. Elektron zaslonkalar sıradan çıxması ehtimalı mövcuddur. Bunun da, əlbəttə ki, səbəbləri var. Elektron variantlarda kəpənək daxili motor (aktuator) sıradan çıxır.
Kəpənəyin təmiri və ya yuyulması düzgün deyil. Kəpənəkləri bəzən müxtəlif alışdırıcı maddələrlə yuyurlar. Lakin bu barədə əlaqədar kitablarda məlumat yoxdur. Xərclər baxımından isə nəzər yetirsək yenisinin qiyməti baha olmur. Mühərriyin düzgün işləməsini tənzimləsəniz kəpənək çirklənməyəcək. Kəpənəyi daxil etdikdə mühərriyə düzgün "adaptasiya" edilməlidir. Stabil vəziyətini almalıdır. Müasir kəpənəklər avtomobilin həm soyuq halda işə düşməsini və həmçinində neytral şəkildə işləməsini təmin edir. Ümumiyyətlə, kəpənəyi zamanla yenisi ilə əvəz etmək lazımdır. Kəpənəklərin çirklənməsi keyfiyyətsiz yağın buxar halına gələrək, karter qazları vasitəsilə kollektora daxil olması səbəb olur. Burada kollektor havanı çəkərək mühərrikə ötürü ki, bu da kəpənək vasitəsilə baş verir. Çirkli hava kəpənəyin üzərinə hopur və çirklənmə baş verir. Bu, onun açılma bucaq əmsalını korlayır və bunun nəticəsində məlumat düzgün getmir.