Mexaniki idarə olunan avtomobillərin hansı üstünlüyü var?

Müasir dövrdə nisbətən daha çox avtomat avtomobillərə üstünlük verilir.

Əsas səbəb isə idarəetmənin rahatlığı, pedalların sayının az olmasıdır. Bir çox iri markalar da yeni nəsil avtomobillərini avtomatik idarə olunan sistemlə təchiz edir. Avtomobil qiymətlərində də bu amil təsir edir. Mexaniki ötürücülü avtomobillər nisbətən daha ucuz olur.

Bu məqalədə isə sizlərə mexaniki avtomobilin bir sıra üstünlüklərini təqdim edəcəyik.

1. Mexaniki ötürücü xarab olduqda onu yenisi ilə əvəzləmək daha münasib qiymətlə mümkündür.

2. Əlbəttə ki, əksər sürücülərin diqqət etdiyi əsas məqamlardan biri yanacaöa qənaət məsələsidir. Mexaniki ötürücülü avtomobildə qaz pedalından düzgün istifadə etdiyiniz halda yanacağa qənaət edə bilərsiniz.

3. Mexaniki ötürücü əyləci qoruyur. Bu da sizlər üçüb xərclərinzin azalmasına səbəb olacaq.

4. Mexaniki ötürücü həmişə işlək vəziyyətdə olur. Hətta çökmüş akkumlyatorda belə mexanikanı işlətmək olur avtomatda isə bu, mümkün deyil.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0