Mühərrik necə işləyir?

Avtomobil mühərriki – hər hansı bir enerjini avtomobili hərəkətə gətirmək üçün lazım olan mexaniki enerjiyə çevirən mühərrikdir. Avtomobil mühərriki kimi daxili yanma mühərriki, xarici yanma mühərriki (buxar mühərriki və Stirlinq mühərriki), elektrik, əvvəlcədən burulub açılmış çarxın enerjisindən və ya təzyiq altındakı qaz enerjisindən istifadə edən mühərriklər tətbiq oluna bilər.

1. Təmiz hava + benzin qarışığı üstdə sol tərəfdəki kanaldakı klapanın açılmasıyla və porşenin aşağıya doğru hərəkətindən yaranan vakuum təsiriylə silindir içərisinə daxil olur.

2.  Silindir içərisinə alınan hava + yanacaq qarışığı porşenin yuxarı hərəkətiylə sıxışdırılaraq həm istiliyi həm də təzyiqi yüksəldilib çox kiçik bir həcmə toplanılır. Bu əsnada hər iki klapan da tam bağlı mövqedə olur.

3.  Sıxışdırılan benzin + hava qarışığı klapanların tam ortasında iştirak edən şam (qığılcım çıxaran detal) ilə odlanaraq yanma reallaşır. Avtomobilin hərəkətini təmin edən güc bu anda yaranır.

4.  Yanma sonrasında porşen yuxarı geri gələrkən, yanmış artıq qazlar üst sağ tərəfdə iştirak edən emissiya klapanının açılmasıyla çölə atılır. Ardından porşenin aşağıya təkrar gəlməsi əsnasında 1. dövr, yəni əmmə mərhələsi təkrar başlayır.

Benzinlə işləyən daxiliyanma mühərriki də yanacağın hava ilə qarışdırılması prosesi silindrdən kənarda (karbüratorda), yaxud bilavasitə silindrin daxilində (benzin püskürməli mühərrik) baş verə bilər. Müasir avtomobil mühərrikilərində karbürator, demək olar ki, tamamilə injektorlarla əvəz olunur. Benzin mühərriklərində yanacaq alışdırma şamı ilə alışdırılır, dizel mühərriklərində isə forsunkadan silindrə püskürdülən yanacaq orada özbaşına alışır. Əsasən, böyük avtomobillərdə tətbiq olunan dizel mühərriki nisbətən az yanacaq sərf edir, lakin ağır və səs-küylüdür. Elektron idarəetməli dizellərin yeni qida (yanacaq təchizatı) sistemi avtomobillərin səsini, tüstüsünü və s.azaltmağa imkan verir.

mn_2.jpg

Avtomobil mühərriki üçün perspektivli yanacaq növü hidrogendir. Mühərrikində yanacaq kimi hidrogendən istifadə edilən avtomobillər (məs., BMW) atmosferi, demək olar ki, çirkləndirmir. Avtomobil mühərrikinin gücü, fırlanma momenti, həmçinin bunların mühərrikin valının fırlanma tezliyindən asılılığı onu xarakterizə edən əsas göstəricilərdir. Mühərrikin gücü 2,5 kVt-dan (kiçiklitrajlı avtomobil) 800 kVt-a qədər və daha böyük (“Formula–1”) ola bilər. Porşenli daxiliyanma mühərrikin konstruksiyasının təkmilləşdirilməsi onun gücünün artırılması, kütləsinin qabarit ölçülərinin və eyni zamanda yanacaq sərfinin azaldılması istiqamətində aparılır. Yanacağa qənaət etmək üçün bəzi mühərriklərdə ayrı-ayrı silindrlərin işinin dayandırılma imkanı vardır. Alternativ enerji mənbəyi ilə işləyən hibrid avtomobillərdə aparan təkərlərin intiqalı kimi daxiliyanma mühərriki ilə yanaşı elektrik mühərrikindən də istifadə olunur.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0