İlk şam Robert Boş tərəfindən 1902 -ci ildə yaradılmışdır.
İlk şamlar çox yüksək gərginlik əsasənda işləyirdi. Bunlar ilk dəfə daxili yanma mühəriklərində istifadə olundu. Hal-hazırdada müasir şamlar elə 1902-ci ildəki şamların işləmə prinsipi ilə işləyirlər. Mühərrik şamı elektrik bağlayıcısından, izolyatordan, gövdə və elektrodlardan ibarətdir. Elektrodların məsafəsi onun işləməsinə təsir edir. O, daxili yanma mühərriklərində yanacaq-hava qarışığını alovlandıran hissədir. Mühərrikin enerjisi üçün yanacaq alovlanmalıdır. Mühərrik şamları iki elektrod arasında yüksək gərginlikli elektrik enerjisini keçərək bir qığılcım yaradır. Silindrdə təzyiq altında yanma nöqtəsinə yaxınlaşan yanacaq bu qığılcım vasitəsilə alovlanır. Mühərrikdəki qığılcımların sayı silindrlərin sayına mütənasibdir. Mühərrik şamlarının bir hissəsi olan izolyator alovlanma zamanı yaranan yüksək istiliyi buraxır. Şamların üzərində kermikadan korpus qoyulur. Bu, 450-1000 dərəcəyə kimi dözümlülüyünü qoruyur. Şam mühərrikin düzgün işləməsi üçün son dərəcə vacib bir hissədir. Mütləq işləməli və lazımi qaydada saxlamalıdır.
Mühərrik şamları da müəyyən dövrlərdə yoxlanılmalı və lazım olduqda dəyişdirilməlidir. Dəyişdirilməmiş problemi olan şamlar avtomobilinizə qalıcı zərər verə bilər.
Nümunə üçün deyək ki, siz 6 silindirli bir avtomobil üçün yeni şamlar almısınızsa, bunlardan iksi işləməzsə mühərrikdə 2 silindrin düzgün işləməyəcəyinə gətirib çıxaracaq. Mühərrik maksimal gücünü əldə edə bilməyəcək, yanacaq sərfiyyatı yüksələcək, emissiya sistemi zədələnəcək, porşen və elektronik sistemi təhlükə altına düşəcək. Şamları tez sıradan çıxaran, keyfiyyətsiz yanacaq və mühərrikin pis nizamlanmasıdır. Bunun qarşısını almaq üçün klapanları düzgün nizamlanması məqsədilə düzgün yağ, ehtiyac duyularsa xüsusi qatqı, yanacaq sisteminin təmizliyi üçün də uyğun qatqı seçilməlidir.
Şamların dəyişdirilməsi necə aparılır?
Standartlara görə şamları hər 15000 km-dən bir dəyişə bilərsiniz. Yalnız şamları deyil, onun kablolarını da yoxlamaq lazımdır. Effektiv alovlanma və işləməsi üçün keyfiyyətli mühərrik şamı və kablo istifadə etmək lazımdır.
Mühərrik şamlarının dəyişdirilməsi təxminən 20 dəqiqəlik bir prosesdir.
Mühərrik şamları dəyişdirilərkən hansı qaydalar var?
- Əvvəlcə, mühərriki dayandırın və soyumasını gözləyin
Mühərrik şamlarını dəyişdirmədən əvvəl, avtomobiliniz üçün ən uyğun olanı aldığınızdan əmin olmalısınız. Bu addıma diqqət yetirməsəniz şamları dişlərə zərər vermədən çıxarmaq mümkün olmayacaqdır. Silindr başları alüminiumdan hazırlanmışdır, buna görə diqqətli olmasanız dişlər zədələnə bilər. Zərər versəniz, təmir etmək çətin olacaq.
- Mühərrik şamları ətrafını təmizləyin
Mühərrik şamları ətrafındakı bütün toz və kirləri təmizləyin. Bir hava kompressorundan istifadə edə bilərsiniz. Əsas məqsəd hər hansı bir kiçik çirkin mühərrikə düşməsinin qarşısını almaqdır, çünki bu, vaxtından əvvəl aşınmaya və digər problemlərə səbəb ola bilər.
- Mühərrik şamlarının düzgün yerləşdirildiyini yoxlayın
Onları düzgün bir şəkildə quraşdırmasanız, onlar çapraz olacaq və böyük problemlərə səbəb olacaqlar. Hər halda, onları çox yavaş-yavaş sıxmağa başlayın və müqavimətin ilk əlamətində dayanın. Düzgün yerləşməsinə əmin olun.
- Mühərrik şamlarını bir-bir dəyişdirin
Bütün bu telləri qarışdırmaq çox asandır. Təhlükəsizliyə görə, şamları bir-bir əvəz etmək daha yaxşıdır.
Soyuq mühərrik şamları: Burun porseleni qısa olan mühərrik şamlarına soyuq şamlar deyilir. Çqnki qısa olduğuna görə daha az isidiləcək.
İsti mühərrik şamları: Uzun burun porseleni olan mühərrik şamları isti şamlar adlanır. Burun porseleni uzun olduğundan yanma kamerasında təmas daha yüksək olacaq və isti olacaq.
Açıq şabalıdı rəngdə olan şamlar və üzərində yağ ləkəsi yoğdusa bu mühərrikdə problem yoxdur. Əgər şamın üzərində ağ pas kimi ləkələr varsa bu mühərriyin xeyli yağ yeməsini göstərir. Əgər şamların mərkəzi qığılcım hissəsi qara rəngdəsisə, bu zaman mühərrikdə güclü yanmanın getdiyini bildirir. Əgər şamlar ağ rəngdədisə burada zəif yanma gedir və yanacaq ya çatışmır ya da yanma düzgün getmir. Əgər şamlar tamamilə yağ içindədirsə, bu həmin silindrdə yanmanın olmaması və həmin silindirin problemli olmasını göstərir.
Mühərrik şamlarında problemi necə bilmək olar?
Avtomobilinizi işə saldıqdan sonra mühərrikin titrəməsindən və egzozdan çıxan qara tüstüdən aydın olur. Bundan əlavə, avtomobilinizdə performans itkisi, yanacağın artması da şamlara zərər verdiyini göstərə bilər. Aşınmış və ömrünü başa vurmuş mühərrik şamları yenisi ilə əvəz olunmalıdır. Çirk və pas aradan qaldıran kimyəvi maddələrlə təmizlənir. Hər avtomobil itehsalçısı mühərrikə uyğun şam müəyyənləşdirir və bunu mühərrikin yanında və texniki kitabçada göstərir. Avtomobilinizə düzgün seçilmiş keyfiyyətli şamlar almağa çalışın. Əks halda sadə bir ehtiyyat hissəsinə görə çox zərərə düşərsiniz. Şamların uzun müddətli işləməsi üçün keyfiyyətli yanacaqdan istifadə edilməlidir.