Avtomobillərdə hava/yanacaq qarışığına nəzarət edən qurğu oksigen sensorudur. Yanma kamerasina nə qədər hava və yanacaq daxil olacağına qərar verir.
Mühərrikin həm normal dövrlərdə, həm də maksimal yük altında işlədiyi zaman bu sensorun göstəricisi çox əhəmiyyətlidir.
Oksigen sensorunun mühərrik idarəetmə qurğusuna göndərdiyi siqnalın qiymətləndirilməsi ilə mühərrikə alınan hava-yanacaq qarışığının nisbətinin zəngin qarışıq və ya zəif qarışıq olub-olmadığı müəyyənləşdirilir. Mühərrik idarəetmə bloku həmişə ideal hava-yanacaq qarışığı nisbətinə nail olmaq məqsədli bir vəzifə yerinə yetirir.
Benzinin tam yanması üçün hava/yanacaq nisbəti 14.7 hissə hava üçün 1 hissə benzin müəyyən edilib.
İki növ oksigen sensoru var: darzolaqlı və genişzolaqlı. Dar zolaqlı sensor AFR nisbətini çox dar sərhəd daxilində hesablaya bilir. Bu sensorun məqsədi normal istismar şəraitində (orta sürətlə hərəkəti - 70-100 km/saat sürətlə hərəkət) benzin sərfiyyatını və təbiətə xaric edilən zəhərli qazların miqdarını minimuma endirməkdir. Əksər hallarda AFR göstəricisi dar sərhəddən kənara çıxır. Ona görə bu sensor genişzolaqlı sensor ilə birgə istifadə olunur. Genişzolaqlı oksigen sensorunun işçi sərhəddi daha geniş olub 7.35-dən 22.39-a qədər dəyişir. Məhz genişzolaqlı sensorun göstəricisi sayəsində istənilən şəraitdə avtomobilin bort-kompüteri hava/yanacaq nisbətini düzəltməyə çalışır.
Hava yanacaq qarışığı zəif bir qarışıq vəziyyətindədirsə, yəni çox hava varsa və ya zəngin bir qarışıq vəziyyətindədirsə, yəni çox yanacaq varsa, mühərrik idarəetmə bloku enjektorların enjeksiyon müddətlərini tənzimləyərək onları idarə edir. Bundan əlavə, qazın üstündə hərəkət edir və havanın miqdarında düzəlişlər edir və hava-yanacaq nisbətini optimallaşdırmağa çalışır. Bu qarışıq nisbəti saniyədə 5 dəfə idarə olunur və mühərrikin səmərəliliyi daim nəzarət altına alınır. Bu yanacağa qənaət edir, işlənmiş tullantıları azaldır və mühərrikin işini yaxşılaşdırır.
Hava soyuq olduqda oksigen sensoru qışda işləmir.
Xüsusilə səhərin ilk saatlarında və ya mühərrik soyuq olduqda, mühərrikin istiləşməsi üçün vaxt lazımdır. Sensor soyuq havalarda işləmədiyindən mühərrik lazım olduğu qədər nizamlı işləyə bilməyəcək və buna görə lazımi tənzimləmələr edə bilməyəcək. Bu vəziyyətin qarşısını almaq üçün oksigen sensorunun istiləşməsi və dərhal işləməsi üçün lazım olan temperatur təxminən 600 dərəcədir. Bu səviyyəyə çatmaq üçün içəridə bir qızdırıcı müqavimət qoyulur. İçərisində istilik elementləri olmayan köhnə tipli oksigen sensorlar da var. Yanacaq kamerasına birbaşa benzin vurması ilə yeni nəsil turbo benzinli nəqliyyat vasitələrində katalitik çeviricidən əvvəl ilk oksigen sensorlar genişzolaqlı tiplidirlər.