Oturacaqların isidilməsi

Oturacaqların isidilməsi ilk dəfə "Saab" avtomobilinə tətbiq edilib.

Sonradan artıq bir çox digər avtomobillərə də bu metod tətbiq edildi. Oturacaqların isidicisi qızdırıcı elementdən və temperaturun tənzimlənməsi sistemindən ibarətdir.

Oturacaqların isidicisi salondakıların sağlamlığını qoruyur. Temperatur çox aşağı olmayanda da avtomobilin oturacağı gecə boyu (və ya avtomobil müəyyən müddətə işlədilmədikdə) soyuyur. Bu isə, təbii ki, böyrəklər, sidik və cinsiyyət sistemi üçün zərərlidir. Oturacaqların isidicisi sizi bu problemlərdən azad edir.

Oturacaqların isidicisi sağlamlığının qayğısına qalan insanların səhhətini poza bilməz, sağlamlığının qayğısına qalmayanların səhhətini poza bilən amillər isə yetərincədir. Bununla belə, isidici işlədikdə havanı qurudur və oksigeni "udur" ki, bu da salondakıların vaxtından əvvəl yorulmasına və hətta baş ağrısına gətirib çıxara bilər (əgər salona təmiz hava daxil olmursa). Avtomobil oturacaqlarının isidicisinin yaratdığı kəskin temperatur dəyişiklikləri sağlam orqanizm üçün zərərsizdir.

Oturacaqda uzun müddət praktiki olaraq hərəkət etmədən oturmaq çanaqda qanın durğunluğuna gətirib çıxarır, oturaq sinirinə və onurğaya mənfi təsir göstərir, onurğa sütununa ziyan olur. Bu problemlər isə daxili orqanların işində pozuntularla nəticələnir. Yəni problem oturacaq isidicisi ilə əlaqədar yox, daimi oturan sürücülərdə yaranır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0