Sürət qutusu — müxtəlif tipli sənaye mexanizmlərinin və transmissiyalarının dişli çarxlardan ibarət avadanlığıdır.
Nəqliyyatda tətbiq olunan sürətlər qutusu mühərrikdən gələn dövrlər sayının və momentin böyük diapazonda dəyişdirilməsi üçün tətbiq olunur. Bunlar daxili yanma mühərrikidirlər. Buxar və elektrik ilə işləyən mühərriklər adətən sürət qutusu olmadan hazırlanırlar. Ona görə ki, bu mühərriklər müxtəlif dövrlər sayını alınan enerjinin köməyi ilə böyük həddə tənzim edə bilirlər. Bundan əlavə sürət qutusu nəqliyyatın arxaya hərəkətini mümkün edir.
Sürət qutusu bir neçə əlamətinə görə təsnifləşdirilir.
Güc ötürmə üsuluna görə:
- Mexaniki qutular - burada adətən dişli ötürmələrdən istifadə olunur.
- Sadə ötürmələr - burada silindrik və konik dişli çarx tətbiq olunur.
- Planetar - burada planetar ilişmə tətbiq olunur.
- Hidromexaniki sürət qutusu - burada dişli çarx ötürməsi hidromexaniki ötürmə ilə kombinasiya olunur (hidromuftalar, hidrotransformatorlar).
Sadə sürət qutusu valların sayın görə də bölünürlər(bir vallı, iki vallı, üç vallı, eyni oxlu). Burada ötürmənin növündən asılı olaraq da fərq mövcuddur (hərkətli çarxlı, daimi iliş mədə olan, sinxronizatorların köməyi ilə ilişmə, friksion ilişmə).
Planetar sürət qutusunun aşağıdakı növləri mövcuddur:
- İki sərbəstlik dərəcəsi malik olan,
- Üç sərbəstlik dərəcəsi malik olan,
- Dörd sərbəstlik dərəcəsi malik olan
İdarəetmə üsuluna görə sürət qutusunun aşağıdakı növləri vardır:
- Əl ilə sürəti dəyişmə
- Mexaniki ötürmə, burada operatorun müdaxiləsi ilə dəyişmə baş verir.
- Servoötürmə, burada operatorun müdaxiləsi ilə servoqurğu əsas işi yerinə yetirir. Enerjinin çevrilmə üsulundan asılı olaraq servoötüremələr hidravlik, mexaniki, elektrik, vakuum və s. olurlar. Avtomobillərdə hidravlik sistemlər geniş tətbiq olunurlar.
Avtomatk sürət qutusu operatorun müdaxiləsi olmadan düşən yükün təsirindən özü dövrlər sayını tənzimləyir.
Sürət ötürücüsünün rıçaqının vəziyyətini dəyişməklə biz fırlanma hərəkətinin məhz hansı dişli çarxlar cütlüyü vasitəsilə mühərrikdən təkərlərə veriləcəyini seçmiş oluruq. 1-ci sürət ötürücüsü təkərlərdə ən böyük fırlanma anını və ən kiçik sürəti bildirir.
Mexaniki transmissiyada disk bəndləyicisi və dişli çarxlar dəstinin mövqeyi ötürücü qutunun rıçaqı vasitəsilə dəyişdirilir.
Müsbət cəhət: yanacaq sərfi azdır, dinamika yüksəkdir. Bu, ən ucuz transmissiya növüdür.
Mənfi cəhət: idarəetmə o qədər də rahat olmur.
Robotlaşdırılmış mexaniki transmissiya - sürət ötürücülərini sürücü deyil, robot (elektronika) dəyişdirir. Müvafiq olaraq, burada bəndləyicinin pedalı yoxdur, ötürücü qutunun rıçaqı isə avtomat transmissiyanınkına bənzəyir. Bu transmissiya ilə avtomobilin hərəkət tərzi avtomat transmissiyada olduğu kimidir, yanacaq sərfi isə adi mexaniki transmissiyaya nisbətən azdır.