Silindr başlığı - daxili yanma mühərriklərində mühərrik blokunun üst hissəsinə birləşdirilir.
Silindr bloku yanma kamerasını yuxarıdan qapayır və buna görə də o yuxarıdan yüksək temperatura məruz qalır. Kiçik mühərriklərdə silindr bloku kompakt hazırlanır. Lakin fərqli olaraq böyük mühərriklərdə əlavə olaraq aralıq silindr blokundan istifadə edilir. Silindr blokunun hazırlanması zamanı istifadə edilən material fərqli ola bilər. Bu fərq mühərriyin növündən asılıdır. Adətən alüminium və ya çuqundan hazırlanılır.
Silindr başının çatlaması
Ümumiyyətlə, qış aylarında görülən bu nasazlıq, əsasən mühərrikdəki suyun donması ilə əlaqədardır. Silindr başlığının su kanallarında olan su donmuş olduqda genişlənir və silindr başının çatlamasına səbəb olur. Bu nasazlığın qarşısını almaq üçün mütləq mühərrikə qoyacağınız suya antifriz əlavə etməlisiniz.
Silindr başının çatlamasına səbəb olan başqa bir səbəb, mühərrik çox isti olduqda radiatora soyuq su əlavə etməkdir.
Şaquli quruluşlu mühərriklərdə silindr bloku qazın verilməsi üçün sorma və xaricetmə klapanlarını, onların idarəetmə sistemini özündə yerləşdirir. Dolayı yolla püskürtmə sisteminə malik dizel mühərriklərində silindr blokunda əlavə yanma kamerası və közərtmə şamları olur.
Yanma kameralarının bağlanması
Mühərriklərin iş prinsipi hava-yanacaq qarışığının partlamasına və yaranan istilik enerjisinin mexaniki enerjiyə çevrilməsinə əsaslanır. Bu partlayış prosesi yanma kameralarında təkrarlanan bir hadisə olduğundan yanma kameraları zamanla tutula bilər. Yanma kameralarının tutulması onun həcmini azaldır və silindrlərin işləməsinə mane olmağa başlayır. Bu, motorun torkunun azalmasına və hissələrin zərər görməsinə səbəb olur.
Yanma kameraları tutulubsa təmizlənməlidir.
Silindr başı contasının yanması
Avtomobil həddindən artıq qızdırıldıqda, ilk növbədə silindr başlıq contası yanar. Silindr başlıq contası silindr başlığı və mühərrik bloku arasındakı sızdırmazlığı təmin edən hissədir. Silindr başlığı contası yandırılıbsa, sızdırmanın qarşısı alına bilməz və yanma kamerasından sızma baş verər. Sızma mühərrikin digər hissələrini zədələyəcəyi üçün, silindr başı contası yandırıldıqda, avtomobili dərhal ustaya aparın və silindr başlıq contasını dəyişdirin.