Avtomobil istehsalçıları təhlükəsizliyimiz üçün bir çox fərqli texnologiya formalaşdırır və inkişaf etdirirlər.
Son illərdə bir-birinin ardınca gələn sürət stabilizatoru, adaptiv kruiz nəzarəti və "zolaq izləmə" sistemi avtomobillərə xüsusi bir atmosfer qatdı. Yollarda qarşılaşa biləcəyiniz problemlərin qarşısını almağı hədəfləyən sistemlərdən biri olan zolaq izləmə sistemini birlikdə araşdıraq.
Bu sistem çox sadə bir məntiqlə işləyir. Avtomobilin hər iki tərəfini görə bilən kameranın köməyi ilə zolaq xətləri aşkar edilir. Avtomobildəki xətləri izləyən kamera və proqram təminatı ilə onun zolaqdan çıxmasının qarşısı alınır. Ancaq bu məsələ ilə bağlı bir çox qarışıqlıq var. Çünki bu sistemin işləmə üsulu markalara və hətta modellərə görə fərqli ola bilər.
Sistem necə işləyir?
Enerji səviyyəsi aşağı olan avtomobillərdə də rastlaşdığımız zolaq izləmə sistemi, ümumiyyətlə, saatda 60 kilometri keçdiyiniz zaman aktiv olur. Avtomobil modelindəm asılı olaraq bu rəqəm fərqli ola bilər. Səyahət edərkən istəmədən zolaqdan kənarlaşdığınızı müəyyən edən sistem səs, sükan vibrasiyası və ya kəməri sıxaraq xəbərdarlıq edir. Bəzi modellərdə, xəbərdarlıqlara cavab verməsəniz, sistem sükan arxasına müdaxilə edir və avtomobili zolaqdakı təhlükəsiz əraziyə yönəldir. Bəzi markaların istehsal etdiyi sistemlər bir zolaqla da hərəkət edə bilsə də, bəzi markaların sistemlərində ən azı iki zolaq lazımdır. Sürücü siqnallarını və ya digər şüurlu reaksiyaları da hiss edən sistem avtomobilə müdaxilə etmir.
Ümumiyyətlə, uzun məsafəli səyahətlər zamanı və ya yüksək sürətli avtomobil yolları üçün icad edilən zolaq izləmə sistemi nəqliyyat vasitəsinin zolaqdan çıxmasının və qəzaya uğramasının qarşısını alır. Bu sistemlə bağlı ən çox maraqlı olan məsələ, sonradan əlavə oluna bilməyəcəyidir. Bu izləmə sistemi əgər avtomobildə mövcud deyilsə sonradan quraşdırıla biləcəyi deyilirsə də, bu prosesin çox bahalı olduğu və avtomobilin müxtəlif hissələrinə zərər verə biləcəyi məlumdur.
Adıçəkilən sistem hər marka və modeldə fərqli şəkildə çalışa bilər, lakin əsas başlanğıc prinsip eynidir. Sistemin adlanması da modeldən, markadan asılı olaraq fərlqi ola bilər. Məsələn: Volkswagen Qrupunda bu sistem "Lane Assistant" dir. Həmçinin bəzi modellərdə "Lane Protect" kiminadlandırılır. Avtomobilinizdə zolaq izləmə sisteminə əlavə olaraq sürət sabitləşdirici kimi sistem varsa, sükanı buraxaraq rahatlıqla səyahət edə bilərsiniz. Əlbəttə ki, bu sizin avtomobilinizin avtonom texnologiyaya sahib olması demək deyil. Bir müddət sükan çarxına toxunmasanız, avtomobil sizi xəbərdar edir. Ford Focus, Mercedes E Seriya, Nissan Qashai, BMW modelləri və s. modellərdə sistem mövcuddur.