Əksər sürücülər avtomobilini onun üçün nəzərdə tutulan yerlərdə yuduzdurur.
Lakin bir çox sürücülər özləri təmizləməyə üstünlük verir. Bu məqaləmizdə də avtomobil necə düzgün yuyulmalıdır və hansı qaydalara riayət edilməlidir, ondan danışacağıq.
Avtomobil təmizliyinə gəldikdə, ağıla gələn ilk şey avtomobil yumadır. Avtomobili təmizləyərkən nəzərə alınmalı bəzi məqamlar var. İlk öncə avtomobil islanmalı və tozlardan təmizlənməlidir. Avto yumadan əvvəl təkərləri palçıqdan təmziləyin. Bu, avtomobilinizin bədənini və boyasını zərərli palçıqdan qoruyacaqdır. Növünə görə təkərləri yumşaq və ya sərt bir fırça ilə təmizlədikdən sonra digər hissələr təmizlənilir. Avtomobiliniz üçün şampunlardan, boyanı qoruyan xüsusi məhsullardan da istifadə edə bilərsiniz. Bundan sonra avtomobilin yuxarı hissəsini yumaq lazımdır. Sonra nəqliyyat vasitəsinin ön, yan və arxasını yuymalısınız.
Avtomobilinizi yuyub yumşaq bir parça ilə qurudandan sonra istəsəniz avtomobilinizi cilalaya bilərsiniz. Cilalanmağa diqqət etməli olduğunuz ən vacib məqam, avtomobili onun səthindəki xarici maddələrdən təmizləməkdir. Bunun üçün keyfiyyətli bir avtomobil təmizləyici məhsuldan istifadə edə bilərsiniz. Cilalanarkən günəş şüalarından qorunmağı unutmayın və avtomobilinizin təmiz olduğundan əmin olun.
Diqqət edilməli məqamlar:
- Avtomobilinizi günəş işığında yuymayın, səhər və ya günortadan sonra sərin bir vaxtda edin;
- İlıq su istifadə edin, optimal temperatur 25-35 dərəcə hesab edilir;
- Avtomobili sabunla, yuyucu tozla, eləcə də məişətdə işlədilən digər yuyucu vasitələrlə yumaq olmaz. Avtoşampundan istifadə etmək lazımdır. Şampunun yaxşı köpüklənməsini istəyirsinizsə onu vedrəyə tökdükdən sonra üzərinə su əlavə edin. Məişət yuyucu vasitələrinin əsasını qələvilər təşkil edir, çatlamış yerlərə daxil olurlar, turşu məhlulu boya təbəqəsini korlayaraq metalın korroziyasına səbəb olur;
- Nəqliyyat vasitənizi yumşaq bir parça ilə silin;
- Maşını tez-tez su ilə isladın;
- Avtomobilinizin cilalanmasına laqeyd yanaşmayın. İldə 2 dəfə avtomobilləri cilalamaq avtomobilin xaricinin qorunması üçün tövsiyə olunur.