Avtomobilin digər hissələrinə etdiyimiz kimi kondisionerinə də qulluq eyməliyik.
Xüsusilə də, bu məsələ isti vaxtlarda ortaya çıxır. Bəzi avtomobillərin kondisioner filtirləri dəyişdirilir. Bəzilərinə isə freon-qaz vurulur.
- Kondisioneri yüksək tempdə çalışdırmayın;
- İsti havalarda açıq havada park edilmiş avtomobildə salonun istiliyi 60 dərəcəyə qədər yüksələ bilər. Bir neçə addımla bu istiliyi 30 dəqiqə ərzində 25 dərəcəyə qədər aşağı salmaq mümkündür. Kondisioneri yandırmadan əvvəl bir dəqiqə qapıları və pəncərələri açıq saxlayın. Sonra isə kondisioneri işə salın, amma yüksək tempdə çalışdırmayın;
- Hava dövrü düyməsini yandırmayın. Bu düymə işlək vəziyyətdə olanda pəncərələr buxar tutur. Bunun əvəzinə avtomatik düyməsini işə salın;
- Səhər hava sərin olsa da kondisioneri işə salın;
- Havalandırma pərlərini düzgün istiqamətə yönləndirin;
Bir çox hallarda isə maşının salonundakı hava axını düzgün istiqamətlənmədiyinə görə bu hallar üzə çıxır. Bu səbəbdən havalandırma pərlərini yuxarı yönəldin. Bununla da avtomobilin salonunda hava axını təmin edilir.
- Müntəzəm qulluq edin.
Mütəxəssislərin fikirlərinə görə hər 15 min kilometrdən bir kondisionerin filtrini dəyişmək lazımdır. Kondisionerin uzun müddət işləmədən qalması ona ziyandır. Bu səbəbdən yaxşı olardı ki, soyuq vaxtlarda da kondisioneri işə salasınız.
Kondisionerin radiatoru onun zəif yeridir. Əgər kondensorda mexaniki zədə ilə bağlı olmayan sızma baş verərsə təmir etməyə dəyməz, çünki tezliklə sızma başqa bir yerdə də baş verəcək. Həmçinin rezin kipləyicilərə də diqqət etmək lazımdır, zaman keçdikcə onlar çatlayır və germetikliyini itirir.
Freon
Kondisionerin doldurulması üçün iki tip freon mövcuddur: mineral yağ əsaslı freon və sintetik əsaslı freon. Son illərdə birinci tip freondan istifadə edilmir, çünki o, atmosferin ozon təbəqəsi üçün təhlükəsiz deyil. Müxtəlif freon tipləri üçün müxtəlif tipli doldurma klapanları mövcuddur. Əgər istifadə olunan freonun tipi məlum deyilsə, köhnə soyuducu maddənin qalıqlarını sistemdən kənarlaşdırmaq lazımdır.
Freonun səviyyəsi
Resiverin yaxınlığında (radiatorun önündə yerləşir) gözlük var, onun köməyi ilə freonun səviyyəsini müəyyən etmək olar: əgər gözlükdə qovuqcuqlar görünürsə, bu o deməkdir ki, freonun 20-30%-i işlənib. Əgər orada köpük görünürsə, deməli, freonun 50%-indən çoxu işlənib. Lakin gözlük bütün avtomobil markalarında olmur. Bu isə səviyyənin yoxlanılmasını çətinləşdirir.
Əgər freonun səviyyəsi sürətlə azalmağa başlayırsa, sızma yerini axtarmaq lazımdır. Sızmanın yerini axtarmaq və sızmanı aradan qaldırmaq üçün aşağıdakılar əhəmiyyətlidir:
* Sızma yerində yağ ləkəsi əmələ gəlir, freon buxarlanır, yağın yeri isə qalır. Bu, hər kəsin istifadə edə biləcəyi ən sadə və geniş yayılmış üsuldur.
* Qoxu əsasında müəyyənləşdirmə: bu zaman freon buxarlarına reaksiya verən cihazlardan istifadə olunur.
* Səs əsasında müəyyənləşdirmə: xüsusi cihaz sızma yerindən gələn səsi qeydə alır.