Avtomobildə səs tənzimlənməsi

Səs – avtomobilin sürülməsi zamanı ayrılmaz bir hissədir.

Bu həm bahalı xarici maşınlarda, həm də ucuz xalq avtomobillərində olur, sadəcə intensivliyinə görə fərqlənir.

Avtomobilin səs-küydən təcrid edilməsi avtomobilinizi tənzimləmək üçün zəruri proseslərdən biridir, səs-küyün sərnişin bölməsinə daxil olma səviyyəsini azaldır və bununla da rahatlığı artırır. Bir çox avtomobil sahibləri bilirlər ki, gəzinti zamanı meydana gələn kənar səslər diqqəti yola yönəltməyə, rahat avtomobil sürməyə mane olur. Bəzi hallarda isə qəzaya səbəb olur.

Səsin səviyyəsinin azaldılması üçün çox zaman servislərə müraciət edilir. Ən geniş yayılmış metod səsuducu matlardan istifadədir. Onları kuzov, mühərrik bölməsi, salon və baqaja yapışdırmaq olar. Sözsüz ki, bu mövzuda da dövrümüzün zəruri diqqət edilməli məqamı olan ekoloji tarazlığın qorunması məsələsi ön plana çıxır. Son vaxtlar səsin izolyasiya edilməsi üçün ekoloji metodlar meydana gəlmişdir ki, həmin matlar bitum əsasında hazırlanır. Bitum və mum əsaslı xüsusi mastikalar bazarda geniş assortimentdə təqdim edilir. Onların tərkibinə həmçinin müxtəlif həlledicilər də daxildir. Bu mastikalar avtomobildəki səs və titrəyişi azaldır, kuzovun korroziyaya dayanıqlığını yüksəldir.

Bəzən matlar salona yapışdırıldıqdan sonra panelin bir sıra hissələri çətinliklə yerinə oturur, çünki həmin yapışdırılan matların qalınlığı buna imkan vermir. Buna görə də matlar yapışdırıldıqdan sonra onların qalınlığı bir qədər sıxılır. Səsizolyasiyaedici matların çatışmayan cəhəti kimi az da olsa onların avtomobil çəkisini artırmasıdır.

ses_2.jpg

“Maye” izolyasiya

“Maye” səs izolyasiyası və ya mastika su əsaslıdır. Bu mastika çiləmə üsulu ilə avtomobilə vurulur və səs izolyasiyaedici matlardan fərqli olaraq, onun köməyi ilə ən əlçatmaz hissələri örtmək mümkündür. Bu, həm ətraf mühit üçün, həm də əhali üçün ekoloji cəhətdən təmiz və təhlükəsizdir. Onu kuzovun nəinki zahiri hissəsinə, həm də salona vururlar. Su çilənəndən sonra salon həm təmizlənir, həm də müəyyən detallar xüsusi materiallarla qorunur. Prosedurun uzun çəksə də nəticə effektlidir. Mastikanın vurulmasından sonra avtomobilin örtük hissəsində xüsusi plyonka yaranır ki, bu da səs və titrəyişi xeyli azaldır. Həmçinin mastika avtomobilinizə heç bir əlavə çəki vermir.

Mercedes, BMW, Infinity, Audi, Lexus-un bahalı versiyaları yaxşı səs izolyasiyası ilə fərqlənir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0