Yeni və ya istifadə olunan avtomobillər alarkən alıcının düşüncəsində bir çox suallar yaranır.
Bu suallara cavab tapmaq üçün satın almazdan əvvəl nəqliyyat vasitəsinin mövcud məlumatlarını araşdırmağa, habelə test üçün avtomobili sürməyə ehtiyac var. Bunun sayəsində avtomobil haqqında yazılmamış məlumatlar öyrənilir, bir tərəfdən də bildiklərinizi dəqiqliyini sınamış olursunuz.
Rahatlığı yoxlayın
Bir çox sürücü vaxtının çox hissəsini maşınlarında keçirir. Sürücünün rahatlığı həm bu səbəbdən, həm də təhlükəsizlik baxımından çox vacibdir. Əvvəlcə, sürücü oturacağına oturun. Diz məsafəsini, oturacaq parametrlərini, pedalların və ölçü cihazlarının vəziyyətini, sükan çarxının arxa-arxaya və yuxarı-aşağı tənzimlənməsini, yan və arxa baxış güzgülərini, oturacaq genişliyini, bel dəstəyini və damın hündürlüyünü yoxlayın. Özünüz üçün ən rahat mövqe tapmağa çalışın.
Fərqli yollardan istifadə edin
Əvvəlcədən avtomobili sınayacağınız yolları müəyyənləşdirin. Əvvəlcə, daim istifadə etdiyiniz yolları düşünün və bu yollar üçün uyğun olan yolları seçin. Bundan başqa, nahamar və rahat olmayan yolardan istifadə edin. Bunun sayəsində nəqliyyat vasitəsinin fəaliyyətini kobud yollarda, sıçrayışlarda sınayacaqsınız. Bu da avtomobilin vəziyyəti və dözümlülülüyü haqqında praktiki öyrənmiş olursunuz.
Səslərə qulaq asın
Radio və ya digər səs cihazlarını söndürün. Avtomobilin öz səsini dinləməyə çalışın. Məsələn, mühərrik işə düşdükdən sonra qəribə səslər gəlirsə, bu səslərin səbəbini soruşun, tapın və ya avtomobil sürətləndikcə mühərrikdən gələn bir səsin olub-olmadığını müşahidə edin və bunun səbəblərini araşdırın. Əyləc sisteminə, sürət ötürücüsünə diqqət yetirin.
Eyni zamanda aşağıdakılara diqqət yetirməyiniz tövsiyə edilir:
- Ötürücülərin asanlıqla keçməyəcəyinə əmin olun;
- Yüksəyə qalxarkən avtomobilin reaksiyasına diqqət yetirin;
- Avtomobili fərqli sürətlə idarə edin;
- Yüksək sürətlə idarə edərkən əyləcdən istifadə edin;
- Manevrlər, tarazlıq və yol tutma qaydalarını sınayın.
Avtomobildə mobil telefon, şarj cihazı, qəhvə üçün yer və ya digər gündəlik ehtiyacınız olan yerlərin olub-olmadığını yoxlayın. Həmçinin USB giriş, bluetooth sistemini də yoxlamaq faydalı olardı.
Kənardan baxarkən nəqliyyat vasitəsini gözdən keçirin və asimmetrik bir vəziyyətin olub-olmadığını müşahidə edin.