Avtomobillə yola çıxmazdan əvvəl bunlara əməl edin

Uzun səyahətlərə çıxmazdan əvvəl avtomobildə sonradan problemlər yaranmasın deyə müəyyən şərtlərə əməl etmək lazımdır.

Mühərrik yağı səviyyəsinin ideal normada olduğundan əmin olun

bunlara emel edin

Mühərrik yağının azalması mexaniki hissələrin bir-birinə sürtülməsinə və mühərrikin zədələnməsinə səbəb olur. Buna görə mühərrik yağı səviyyəsinin ideal səviyyədə olması çox vacibdir. Mühərriki söndürdükdə yağ səviyyəsini yoxlamalı və lazım olduqda mühərrikə yağ əlavə etməlisiniz.

Şüşə silənləri, ön şüşələri və faraları yoxlayın

bunlara emel edin 2

Şüşə silənlərlə bağlı problem yol görmə qabiliyyətinizə təsir edə bilər, səyahət zamanı havanın yağmurlu olması ehtimalı var və beləliklə bu hal təhlükəsiz səyahət etməyinizə maneə ola bilər. Bu səbəblə, uzun bir yola çıxmadan əvvəl şüşə silənləri yoxlamaq faydalıdır. Axşam saatlarında faralarda problem olmaması təhlükəsizlik üçün çox vacibdir. Yolun görünməsində mühüm rol oynadığını və fara istiqamətlərini ideal şəkildə tənzimlədiyinizi və əyləc işıqlarının düzgün işlədiyin yoxlamaq lazımdır.

Yan Güzgüləri və Arxa Görüntü Güzgüsünü tənzimləməyi unutmayın

bunlara emel edin 3

Avtomobil sürərkən təkcə qarşınıza deyil, arxanıza da baxmalısınız. Ötmə əməliyyatı zamanı bu, xüsusilə, vacibdir. Arxa görmə qabiliyyətini təmin edən və sağlam baxış bucağı təmin edən avtomobilin içərisində və xaricində olan arxa görünüş güzgüsünü və yan güzgüləri tənzimləməlisiniz.

Şin təzyiqini tənzimləyin

bunlara emel edin 4

Şin nəzarətində şinlərin aşınmaması və şin təzyiqinin ideal səviyyədə olduğundan əmin olmalısınız. Ayrıca, yayda yay, qışda qış təkərlərindən istifadə etməli olduğunuzu xatırladaq.

Akkumulyatora da baxış keçirmək lazımdır.

Əyləc və əyləc hidravlik yağ səviyyəsini yoxlayın

Əyləclərlə bağlı hər hansı bir problem sizi təhlükə altına alır. Əyləclərin düzgün işləməsi üçün hidravlik yağın çox vacib rol oynadığını unutmamalısınız. Hidravlik yağ səviyyəsini bir çubuqla yoxlaya və lazım olduqda yağ əlavə edə bilərsiniz.

Səyahət edərkən tələb olunan sənədləri götürün

Bu yoldur, nə olacağı bəlli deyil. Ehtiyat tədbirləri göeməyiniz hər halda sizin üçün faydalıdır. Bu səbəbdən, tibbi yardım çantasının avtomobildə olduğundan əmin olmalısınız.
Təhlükəsizlik kəmərindən istifadə sizin üçündür və buna əməl etmək lazımdır.
Getməzdən əvvəl avtomobillə bağlı bütün sənədlərinizi və şəxsi sənədlərinizi yoxlamalı və götürməlisiniz.
Uğurlu səyahət!

Əlbəttə ki, bunlardan başqa da avtomobilin yaxşı vəziyyətdə qalmasına daim diqqət etmək lazımdır. Bu və digər məsələlərlə bağlı saytımızda olan məqaləlıri oxuyaraq yararlana bilərsiniz.

2 istifadəçi baxışı

5 ulduzdan 5
  • 5 star
    2
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0
test basliq
3 il əvvəl
Your review
testtt
Show more
1 nəfərdən 1 aşağıdakı rəyləri faydalı hesab etdi
test basliq
3 il əvvəl
Your review
testtt
Show more
0 nəfərdən 0 aşağıdakı rəyləri faydalı hesab etdi