Motorun gücünü necə artırmaq olar?

İstehsal edilərkən motorun uzun müddət istifadə olunması üçün ən optimal güc aralığı müəyyənləşdirilir.

Amma bir çox sürücülər mövcud güclə kifayətlənməyərək daha çox güc və dövr əldə etmək üçün başqa vasitələr axtarırlar. Bu vasitələrdən biri də eşitdiyimiz çip tüninqdir. Bu zaman yeni alınan çip tüninqin həmin avtomobilə uyğunluğunu yoxlamaq vacibdir. Asan bir proses olmadığına görə peşəkarlar tərəfindən həyata keçirilməsi məqsədəuyğun hesab edilir. Elə motorlar ola bilər ki, əlavə gücə dözməyə bilər, nəticə olaraq daha çox ziyan verər. Əvvəlcə, mütəxəsislər artırıla biləcək güc haqqında sizə yeni rəqəmləri təqdim edəcəklər. Mütəxəsislər isə "normaldan daha çox güc motorun sağlam işləməsinə təsir edə bilər" deyirlər.

Çip tuning benzin və dizel motorlarda tətbiq edilir. Ancaq motorun Turbolu olması lazımdır.

motor_2.jpg

Çip tuning motorun ECU (electronic control unite) sisteminin proqramının dəyişdirilərək əldə edilən güc növüdür. Bir məqamı da qeyd edək ki, çip tüninq nəinki motorun gücünü artırır, həmçinin onun gücünü azaltmaq üçün də istifadə oluna bilər. Bəs bunu niyə edirlər? bəzi sürücülər yanacaq sərfiyyatını azaltmaq məqsədilə bu əməliyyatı həyata keçirirlər. Çip tuning zamanı orijinal markalara üstünlük verilməlidir.

Avtomobilin beyni xüsusi kabel ilə kompüterə qoşulur. Tamamilə yenilənmiş beyin paketi avtomobilə yazılır. Artırılan güc nəticəsində motora daxil olan hər şeyin miqdarı artır. Ehtiyac olduğu zaman normal, sport və ya yarış rejimlərinə də keçə bilərsiniz. Sistem mobil telefonla da idarə edilə bilir.

Güclü avtomobildə çip tuning ilə əlavə gücü verməklə yanacaq sərfiyyatı artırsa, 1.5 motor 100 HP 1.6 ton ağırlığı olan avtomobilin 140 HP gücə qaldırılması sərfiyyatı azaldacaq. Çünki 1.6 tonu dartıb aparmağa 140 HP çətinlik çəkməyəcək və daha az yanacaq tələb edəcək. Bu halda motorun ömrü uzanır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0