Orijinal və saxta mühərrik yağı

Mühərrik yağının əsas rolu – təbii ki, sürtgü funksiyasıdır.

Yağ  sürtünən detalların üzərin nazik təbəqə əmələ gətirərək yanacağın alışması atıqlarını və xırda metal hissəciklərini  udub özündə saxlayır. Təəssüf ki, satış nöqtələrinin bir çoxunda saxta mühərrik yağları ilə rastlaşırıq.

Bəs saxta mühərrik yağı olduğunu necə müəyyənləşdirmək olar?

Yağı brendin rəsmi təmsilçisindən və ya birbaşa brendin özü ilə çalışan xüsusi mağazalardan almaq lazımdır. Ümumilikdə alış zamanı diqqət etdiyimiz məqamlardan ən əsası qiymətdir. Qiyməti digər mağazalardan ucuzdursa şübhələnmək lazımdır. Təbii ki, burada fərqə diqqət etmək lazımdır. Saxta yağlar adətən qapağı asanlıqla açılır və qablaşma adətən sərt plastik materialda olur. Həmçinin onun üzərində deformasiyaya uğrama və ya qabın müəyyən hissəsinin pozulması kimi halları olub-olmadığını yoxlamaq lazımdır. Burada ən əsas məsələlərdən biri nəinki mühırrik yağı alarkən, eləcə də digər məhsullar da alarkən qablaşdırmanın üstündə QR-kodu yoxlamaq lazımdır. Əgər kod yoxdursa saxta yağ ola bilər. İstehsal tarixi, hansı ölkədə istehsal edildiyi kimi məsələlərdə də diqqət etmək lazımdır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0