Park etməzdən əvvəl bunlara diqqət edin

Bəzi hallarda avtomobili uzunmüddətli qarajımızda və ya başqa yerdə park etməli və saxlamalı oluruq.

Bir müddət uzaqda olduqda avtomobilə əgər vaxtında diqqət edilməzsə sonradan problemlər yarana bilər. Buna görə bəzi qaydalara əməl etmək faydalıdır. Bunun üçün aşağıda bəzi əməl edilməli olman qaydaları yazdıq:

  • Avtomobilinizi təmiz saxlayın

Avtomobili uzunmüddətli qarajda saxlayacaqsınızsa onun təmizliyinə diqqət yetirin. Xüsusilə, son istifadə etdiyiniz müddətdə palçıqlı yollardan keçmisinizsə, uzun müddət bu şəkildə qalarsa, bu hal avtomobilin bədənində ləkələrə səbəb ola bilər.

  • Arabir işə salın

Həftədə ən az bir dəfə avtomobili işə salmaq lazımdır.

Avtomobilinizin akkumulyatora nəzarət etmək və parkinq vəziyyəti əndə qaldığı müddətdə hər şeyin yaxşı işlədiyinə əmin olmaq üçün həftədə ən azı bir dəfə işə salın. Yeni bir model avtomobiliniz varsa, bu çox da önəmli olmaya bilər, ancaq köhnə model avtomobil sahibləri etməlidir. Bunun üçün avtomobili hərəkət etdirməyə ehtiyac yoxdur. Əsas, avtomobilinizin ötürücü və əyləcin normal işlədiyinə əmin olun.

  • Ümumi yoxlayın

Geri qayıtdığınız zaman bitmiş batareya və ya quş yuvası tapmaq istəmirsinizsə avtomobil işıqlarını, kondisioneri söndürdüyünüzdən əmin olun pəncərələri açıq saxlamayın. Həmçinin avtomobildə plastik və ya şüşə materialdan su şüşələri saxlamayın. Hava istiləşdikdə günəş şüalarının təsiri altında qızaraq avtomobili yandıra və ya istəmədiyiniz ziyan vura bilər.

  • Təkərlərinizin təzyiqini yoxlayın

Təkərlərin təzyiqini yoxlamaq lazımdır. Avtomatik avtomobil hava kompressorları sizin üçün faydalı ola bilər. Avtomobiliniz üçün tələb edilən təkər təzyiqini təlimatlarda və ya internetdə tapa bilərsiniz.

  • Parkinq yerinə diqqət edin

Avtomobili park etməzdən əvvəl onun yerinin də normal olduğuna əmin olun, çünki uzunmüddətli ondan uzaq olduğunuz halda hər hansı risk yarana bilər.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0