Sürücülər bunları bilməlidir

Bir çox sürücülər maşını işə salan kimi sürməyə başlayır, bəziləri isə suyun göstəricisinin mavi xətti keçməsini gözləyirlər.

Yay aylarında işə saldıqdan sonra 90 saniyə gözləmək kifayət edir, qışda isə maşını qızdırarkən 2-3 dəqiqə gözləmək lazımdır. Bu müddət kifayət edir ki, yağ motorda tam dövr etsin. Bu müddətdən artıq gözləmək mənasızdır, çünki artıq yanacaq sərfiyyatına yol vermiş olursunuz. Sürücü avtomobili ehtiyatla hərəkətə başlatmalıdır ki, termostat dövriyyəyə keçsin. Qış aylarında bunu hiss etmək asandır. Belə ki, termostat dövriyyəyə keçdiyi zaman maşının salonuna isti hava daxil olacaq. Yay aylarında isə ən azı 500m getdikdən sonra bunu hiss etmək mümkün olur. Maşını qızdırmaq təkcə motor üçün yox, sürət ötürücüsü, amortizator, sükanın reykası və hidrogücləndirici üçün də faydalıdır.

Avtomobilin motorunu heç vaxt yükləməmək, hər zaman asta sürətlə idarə etmək problemlərə səbəb ola bilər. Belə ki, maşını aşağı sürətlə idarə etdikdə hər zaman qarşılaşdığımız tıxaclar, avtomobilə lazım olan sərfiyyatı və motora gərəkli temperaturu ötürə bilmir. Nəticədə maşındakı porşen və şamlar vaxtından əvvəl korlanır. Avtomobilin işə salınmasında problemlər yaşanır və katalizatorun iş fəaliyyəti azalır.

Avtomobili çox gücə salmaq və ya motoru həddindən artıq yükləmək mənfi nəticələrə səbəb ola bilər. 30 min kilometr sürdükdən sonra avtomobildə nasazlıqlar başlayacaq. 60-70 min getdikdən sonra isə yavaş-yavaş "yağ yeməyə" başlayacaq.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0