Zəlzələ vəziyyətində avtomobil idarə edərkən tıxac yarana və ya digər təhlükəli vəziyyətlər yaraba bilər.
Zəlzələ baş verən zaman avtomobili idarə edərkən nə etməli və necə hərəkət etməli? Əvvəlcədən unutmamalıyıq ki, təbii fəlakət zamanı tıxaclara səbəb olan nəqliyyat vasitələri təcili yardım, yanğınsöndürən və mülki müdafiə kimi xilasetmə maşınlarının yola düşməsinə və təxirə salınmasına səbəb olur.
İlk növbədə, sakit və soyuqqanlı olmaq lazımdır. Yavaş-yavaş avtomobili sağa çəkin və mühərriki dayandırın. Pəncərələri bağlayın, qapıları kilidləmədən çıxın. Zərər çəkdiyiniz təqdirdə avtomobilinizin nəqliyyata maneə törətməməsi üçün görülən vacib bir tədbirdir. Yolda və şəhərlərarası yollarda vəziyyət barədə aidiyyəti qurumlara məlumat verin. Quru yolu üzərində olsanız, yoldakı işıqlandırma dirəklərinə və yol nişanlarına diqqət yetirin. Böyük yük maşınlarından uzaq durmağa çalışın. Avtomobilinizi tunel girişinə və çıxışına yaxın qoymayın, belə yerlərdə dayanmaq təhlükəli nəticələrə səbəb ola bilər. Körpülər və keçidlər kimi yerlərdə zəlzələ zamanı çökmə təhlükəsinin olduğunu unutmayın. Radiounuz varsa zəlzələdən dəyən ziyan və yoldakı vəziyyət haqqında məlumat almaq üçün onu açıq saxlayın.
Sarsıntı sona çatdıqda, tədbir bitməməlidir. Zəlzələdən ziyan çəkən yollarda yarıqlar, çöküntülər və sürüşmə ola bilər. Təbii fəlakət olan zəlzələdən heç bir qaçış yoxdur, ancaq görüləcək tədbirlər ilə həyat təhlükəsizliyini təmin etmək vacibdir. Avtomobildə tibbi yardım şantası, yanğınsöndürən avadanlıq olmalıdır. Bu tipli ziyyətlərdə dəymiş ziyanın qarşısını almaq üçün avtomobil sığortasının olması sizin üçün üstünlükdür.