Yanacağa qənaət etməyin yolları

Avtomobil həvəskarlarını və ümumilikdə bütün sürücülərin maraqlandığı əsas məsələlərdən biri də yanacağa qənaət etməyin yollarıdır.

Bu məqalədə sizlər üçün yanacağa qənaət etməyin yollarını təqdim edirik.

  • İlk olaraq evdən çıxmazdan öncə marşrutunuzu müəyyənləşdirin.Necə , hara və hansı yolla gedəcəksiniz.
  • Avtomobildə nasazlıq olmadığını yoxlayın. Yanacağa qənaət etmək üçün avtomobilin hissələrinin yaxşı işlədiyinə daim diqqət etməlisiniz.
  • Avtomobillərin hava, yanacaq filtrləri tez-tez yoxlanılmalıdır. Çirkli filtrlər 4% artıq yanacaq sərfiyyatı deməkdir.
  • Lazım olmadığı zaman elektrik avadanlıqlarını söndürə bilərsiniz.Məsələn: qış aylarında avtomobilin içərisi lazımi miqdarda isindikdə istilik sistemini söndürün.
  • Qənaət üçün növbəti şərt avtomobil mühərrikləri üçün məsləhət görülən yağdan istifadə etməyinizdir. Bu zaman yanacağa 2% qənaət edəcəksiniz.
  • Ehtiyac olmadan əyləcdən istifadə etməyin.Mühərrik hesabına tormozlayın. Məsələn: qarşıdakı avtomobillə ara məsafəsini düzgün saxlamaq bu zaman səmərəli addım olardı.
  • Avtomobili necə idarə etməyiniz də yanacaq sərfinə təsir edən amillərdəndir. Belə ki, kəskin tormoz verməklə 30-40% artıq yanacaq işlətmiş olacaqsınız. Yollardakı tıxac təkcə vaxtımızı və əsəbilərimizi korlamır, eyni zamanda daha çox yanacaq xərcləməyimizə də səbəb olur.

aa_2.jpg

  • Avtomobili park vəziyyətində işlək vəziyyətdə saxlamayın. Kimisə gözləyəndə mühərriki söndürün. Həm yanacağa qənaət edin, həm də ekologiyaya vurulan ziyanın qarşısını biraz da olsa almış olursunuz.
  • Diqqət etməli olduğunuz növbəti məqam şinlərdə təzyiqin optimal vəziyyətdə olmasıdır. Təzyiqi aşağı olan şin təkcə əlavə benzin demək deyil, həm də şinin ömrünün qısalmasıdır. Heç olmazsa, ayda bir dəfə avtomobil şinlərində təzyiqi yoxlatdırmaq lazımdır. Bununla yanacağa 3% qənaət etmiş olacaqsınız. Qışda yay, yayda isə qış təkərlərindən istifadə etsəniz yanacağın sərfiyyatı artacaq .
  • Yoxuşlarda asta sürətdən çəkinin.İlk baxışdan bu təklif qənaətə bənzəmir. Amma əslində yoxuşları sürətli qalxasanız yanacağa qənaət etmiş olacaqsınız. Bəli, əgər siz yoxuşa yaxınlaşsanız daha yuxarı dövrülər başlayacaq və bu yanacağı sərf edəcək. Lakin sizə yoxuşa qədər, optimal lazım olan sürəti yığsanız, avtomobilin mühərriki əlavə gücə düşməyəcək. Bu üsulun ilk testini məşhur "Popularmechanics" jurnalı edib. Hesabalamalara əsasən 15 saniyə ərzində lazımi sürəti yığıb yoxuşa qalxarsınızsa, siz yanacağa qənaət etmiş olacaqsınız. Lakin siz asta sürətlə gəlib yoxuşa qalxanda daha çox sürət yığsanız sizin sürətlənməniz gec olacaq və bu zaman yanacaq sərfiyyatı da artmış olacaq.
  • Fiziki qanunlara görə, avtomobilin çəkisi yanacaq sərfiyyatına birbaşa təsir edir. Ona görə də, avtomobillərinizi anbara və zibilliyə çevirməmişdən əvvəl bu barədə düşünün. Bütün lazımsız əşyaları avtomobildən atın. Unutmayın, 100 kq artıq yük 100 km yolda 0.4 litr əlavə yanacaq deməkdir.
  • Avtomobilin hərəkət sürəti artanda da yanacaq xərci çoxalır. Avtomobillərin əksəriyyətində 80 km/saat sürətdən sonra yanacaq sərfi artmağa başlayır. Sürətdə 96 km/saatı aşanda yanacaq sərfi 14% artır. Sürət rejiminə riayət etməklə 17,5%-ə qədər qənaət etmək mümkündür.

aa_3.jpg

  • Soyuq hava da yanacaq xərcini artıran səbəblərdəndir. Mənfi 25 dərəcə temperaturda xərclər 12% artır. Getdiyiniz yol 6 km keçəndən sonra bu xərc 22%-ə qədər arta bilir. Ona görə də, müasir avtomobil istehsalçılarının əksəriyyəti artıq mühərrik işə salınandan 30 saniyə sonra hərəkət etməyi məsləhət görür. Bu zaman mühərrikin daha sürətlə qızacağı bildirilir. Orta hesabla 3 litrlik mühərrik qızdırılma zamanı 10 dəqiqədə 300 ml benzin itirmiş olur. Soyuq mühərriklə yuxarı dövrlərdə sürməyin.Sürücülərin bir çoxları soyuq havalarda avtomobili dayanmış şəkildə "qızdırırlar". Lakin mühərrik qızır, amma digər mayelər yox. Bu zaman avtomobili işə salıb, ilk 5 dəqiqə ərzində aşağı dövürlərlə idarə etsəniz, siz həm yancağa qənaət edərsiniz, həm də avtomobilin bütün hissələrinin qızmasını təmin etmiş olarsınız. 
  • İrəli baxın. Əsl sürücü 3-4 maşın irəli görməni bacarmalıdır. Bu zaman siz situasiyadan asılı olaraq yanacağa qənaət etmiş olacaqsınız. Məsələn: Yolayrıcına 4 maşın qalmış qırmızı işığın yandığını görürsünüz. Svetofora qədər qazla getməyin mənası nədir? Ayağınızı qazdan çəkin. Həm nəzarət olunan ətalətlə hərəkət edin, həm də qənaət edin. Svetoforda siz çatana qədər yaşıl yanarsa, öz axıcı sürətinizlə yolayrıcına daxil olun. Yolayrıcından çılıxan zaman yüngülcə qaz verə bilərsiniz.
  • Kölgədə saxlayın.Yanacaq buxarlanır. Hətta çən də olsa belə. Buxarlanmanın intensivliyi tempraturdan asılıdır. Yay və qış fərq etməz, gün işığı altında saxlamayın. İlk olaraq gün işığı avtomobilin rəngini soldurur, ikincisi buxarlanmanı intensivləşdirir. Düzdür, fantastik həddə buxarlanma olmayacaq, lakin qənaət etmiş olarsınız.
  • Bəzi sürücülər tıxaca düşərkən mühərriki tez – tez söndürüb, yandırır. Bununla da onlar yanacağa qənaət etdiklərini düşünürlər. Lakin bu, həqiqətənmi belədir? Əlbəttə ki, xeyir. Mühərrik hər dəfə işə düşərkən daha çox yanacaq tələb edir. Odur ki, bu üsul keçərli deyil. Yalnız istisna hallar var. Əgər tıxac zamanı dayanma intervalı təxminən 3-4 dəqiqədən artıqdırsa mühərriki söndürməyə dəyər. Əks halda, ya tıxacların az olduğu saatlarda yola çıxın, ya da alternativ hərəkət yollarına üstünlük verin. 

aa_4.jpg

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0