Avtomobil alarkən onun neçə at gücü olduğu ilə maraqlanırıq.
Əlbəttə ki, digər məsələlər də var. Ancaq bir çox sürücülər motorun fırlanma anının neçə olması ilə maraqlanmır.
Nm isə Nyutonmetr yəni fırlanma anı (moment qüvvəsi) deməkdir. Motorda dirsəkli valın 1 dəqiqə içində dönmə sayı Nm-dir. Dönmə sayının az ya da çox olması avtomobilin sürətini və dartma qüvvəsini təyin edir.
Nm avtomobilin dartma qüvvəsinə təsir edir. Məsələn: 2 avtomobilimiz var və hər ikisi də 100 at gücündədir. Biri 250 Nm, digəri 100 Nm olsun. At gücləri eyni, Nm isə fərqli olan iki avtomobilin maksimal sürəti eynidir, lakin dartma qüvvəsi çox olan avtomobil maksimum sürətə daha tez çatacaq. Çünki fırlanma anı digərindən çox olduğu üçün özünü daha cəld dartıb aparacaq. Onun yüksək olması avtomobildə at gücünün yüksək olmasına da təsir edir.
Dizel motorlarda porşenin gediş qolu benzin motordakından daha uzundur. Bu da daha yüksək fırlanma qüvvəti verəcəyi üçün dizel motorların Nm-i daha çox olur. Buna görə də dizel motorlar daha çox dartma qüvvəsinə sahib olur, az dövrlə daha çox iş görə bilir və daha az yanacaq sərf edirlər.
Sürətdən daha çox dartma qüvvəsi lazım olarsa daha çox dizel motorlardan istifadə olunur. Təkərlərin diametrinin kiçildilməsi Nm dəyərini artırır, yəni sürətlənməyə müsbət təsir edir ancaq maksimal sürəti nisbətən aşağı salır.