Yeni avtomobilin qoxusu bəziləri üçün bir ehtirasdır. Hətta elə sürücülər var ki, istifadə etdikləri avtomobil köhnə olsa da, yenisinin qoxusundan əl çəkmir.
Bəs yeni avtomobilin qoxusu nədir və bununla bağlı maraqlı faktlar nələrdir?
Hər yeni avtomobildə eyni qoxu olmur.
Hər yeməyin özünəməxsus qoxusu olduğu kimi, hər avtomobil markasının da öz qoxusu var. Bir çox böyük avtomobil markası bunun üçün xüsusi hazırlıq edir. Yeni avtomobil qoxusunu yaratmaq üçün istifadə olunan materiallar hər markada eyni formul siyahısına daxil edilə bilər. Ancaq burada vacib olan şey, nəqliyyat vasitələrinin qurulmasında istifadə olunan materialların bu ətirlərlə necə qarışdırılmalarıdır.
Bu xüsusi qarışığı tutmaq istəyən Audi 22 ildir "burun komandası" ilə işləyir. Üçü qadın olmaqla 6 nəfərlik olan Audi komandası istehsal olunan modellərdə müştərilərin rahat hiss edəcəyi və təbii ətir formalaşdırmağa çalışır. Sükan çarxından başlayaraq salonun digər hissələrini hər detalı iyləyən bu komandanın çörəyi burnundan götürdüyünü söyləmək yanlış olmaz.
25 ildir avtomobildəki çox sayda mümkün maddənin qoxusunu araşdıran Ford 100 min dollar dəyərində bir "elektron burun" istifadə edir. Hamısı fərqli komponentlərə cavab verən 12 kimyəvi sensora sahib olan sistem bir anda 48 fərqli komponenti "iyləyə" bilər. Ümumi desək, avtomobilin qoxusunu düzgün formalaşdırmaq üçün markalar kifayət qədər vəsait xərcləyir.
Bəs bu mövzuda sağlamlıq haqqında nə demək olar?
Bir çox səlahiyyətlilər, yeni avtomobilin qoxusunun avtomobili daha diqqətli olmağa təşviq etdiyini, lakin uzun müddət yeni avtomobilin qoxusunun çox sağlam olmadığını iddia edir. 50-dən çox kimyəvi komponentlə istehsal olunan ətir uzun müddət olarsa xərçəngə qədər pis xəstəliklərə səbəb ola bilər. Qoxusuz bir avtomobil istehsal etmək bir az çətindir. Ancaq bunun minimuma endirilməsi üçün işlər görülür. Məsələn, Toyota çox qoxu və zərər verməyən materiallarla hibrid model Priusun interyerini yaratmağı bacarıb.
Yeni avtomobillərin qoxusunu necə çıxarmaq olar?
Bir çoxları düşünür ki, avtomobili uzun müddət havalandırmaq yeni avtomobilin qoxusunu aradan qaldırmaq üçün kifayət edəcək, ancaq bu, xüsusilə, qış aylarında mümkün deyil. Əvvəlcə, avtomobilinizə təmiz hava daxil olmasını təmin etməlisiniz. Avtomobil oturacaqlarının altına bir konteynerdə karbonat və ya sirkə də qoya bilərsiniz. Bu şəkildə qoxu fərqli kimyəvi maddələr tərəfindən udulacaq. Kömür eyni zamanda nəqliyyat vasitəsindəki yeni avtomobillərin qoxusunu özündə saxlayan materiallardan biridir.