Təkərdə H hərfi onun maksimum hansı sürətdə gedə biləcəyini göstərir. Azərbaycanda bir çox qəzalar bundan olur.
Məsələn: temperatura dözməyən təkəri qoyurlar və yüksək sürətdə təkər qızır və yararsız olur. Aşağıda hansı hərfin hansi kilometrə uyğun olduğu qeyd edilib:
Q (max.160 km/s)
R (max.170 km/s)
S (max.180 km/s)
T (max.190 km/s)
U (max.200 km/s)
H (max.210 km/s)
V (max.240 km/s)
Z (240 üzəri)
W (max.270 km/s)
Y (max.300 km/s)
KPA isə Kilo Pascal (kPa) deməkdir. Təzyiqi ölçmə vahididir.
PSI isə bir nöqtəyə düşən təzyiqi ölçmək üçün istifadə edilən sözdür.
R radiusu göstərir yəni siz bu təkərə bu radiusda disk yerləşdirə bilərsiniz.