Böyük ölçülü təkərlər avtomobilə ziyandırmı?

İdarəetmə müasir avtomobillərdə elektronlaşdırılmışdır. Avtomobilə böyük ölçülü şinlər vurmaq onun bütün hissələrinə təsir edir.

Demək olar ki, bütün sistemlər mühərrikin dövrünə və təkərlərin dövrünə bağlıdır. Bu dövrləri sensorlar sayır. Bir çox rəqəmlər öncədən dəqiqləşdirilmiş şəkildə sistemə yazılır. Yəni mühərikkin dövrü və bu dövrdə təkər sürət dövrü əks müəyyənləşdirilir. Amma təkər böyük olanda bu rəqəmlər üst-üstə düşmür və ECU (Electronic Control Unit) elektronik beyin artıq idarə etməni qəza şəraitinə çevirir.

Sual yarana bilər ki, ECU nədir?

 zz_2.jpg

Ona avtomobilin beyni desək yanılmarıq. ECU (ingiliscə Engine Control Unit) avtomobilin beyni desək yanılmarıq. Müasir avtomobillər mühərriklərdə bir elektronik beyin (ECU) tərəfindən idarə olunur. Mühərrikdə demək olar ki, bütün hissələr bilavasitə və ya dolayısıyla elektronik beyinlə əlaqəlidir. Elektron mühərrik idarəetmə bloku güc blokunun düzgün işləməsini təmin edən ən vacib elementdir.

Böyük ölçülü təkərlərdən isti fadə nəticəsində yaranacaq problemlər: Sensor ve elektronik bloklar xarab ola, mühərrik sönə bilər, həmçinin sürət qutusu keçmir bəzən də avtomobil yoldan çıxır. Bunlar hamısı təhlükəli hallardır. Bu səbəbdən təkərləri sadəcə icazə verilən ölçüdə istifadə etmək lazımdır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0