Filtrlər səhv quraşdırılsa nə olar?

Avtomobilin modelindən və yanacağın növündən asılı olaraq müxtəlif texnologiyalardan istifadə olunur. Demək olar ki, hər biri üçün ümumi olan bu texnologiyalardan biri filtrlərdir. Yanacaq filtrləri, hava filtrləri kimi bir neçə filtrdən istifadə olunur və bu filtrlərin düzgün istifadəsi çox vacibdir.

Bəs filtrlər səhv quraşdırılıbsa və ya tıxanıbsa nə baş verəcək?

Bəhs edəcəyimiz ilk hissə Hava Filtri hissəsi olacaq. Mühərrikin bir növ nəfəs almasına imkan verən filtr kimi göstərə biləcəyimiz hava filtri ən vacib hissələrdən biridir. Bu filtrin yanlış quraşdırılması mühərrikin hava almamasına səbəb ola bilər. Hava filtri səhv quraşdırılıbsa, mühərrik düzgün hava ala bilməyəcəyi üçün yanacaq sərfiyyatı xeyli artacaq. Əlavə edək ki, yanacaq istehlakının artması ilə yanaşı, avtomobilin çəkməsi də zəifləyəcək. Əgər filtr tozla tutularsa, qidalanma sisteminə az hava daxil olacaq və avtomobil “boğulmağa” başlayacaq. Bu da avtomobilin çətin hərəkət etməsinə səbəb olacaq. Ümumi olaraq, maşının perfornansının aşağı düşməsinə səbəb olacaq.

Hava filtrlərinin növləri:

  • I sinif. Buraya 100% filtrasiyanı təmin edən yüksək keyfiyyətli məhsullar daxildir. Onlar idman avtomobillərində, inkişaf etmiş modellərdə istifadə olunur.
  • II sinif. Bu filtrlər səthində 1 mikrondan böyük zibil saxlayır.
  • III sinif. Toz hissəciklərinin ölçüsü 10 mikronu keçər.

Başqa bir suala gələk. Yağ filtri səhv quraşdırılıbsa və ya tutulubsa nə olur? Hava filtrindən başqa, yağ filtrinin bir az daha vacib olduğunu söyləmək lazımdır. Avtomobilin yağdan təmizlənməsi üçün ən vacib hissələrdən biri hesab olunan yağ filtrinin səhv qurulması ciddi problemlərə səbəb ola bilər.

Burada ilk problem performans problemləri olacaq. Avtomobilin zəif çəkməsi problemi ortaya çıxır. Ancaq bu şəkildə istifadə edilərsə mühərrik yatağında problem baş verə bilər. Nəticə olaraq mühərrikin partlaması və ya kilidlənməsi kimi problemlərlə üzləşə bilərsiniz. Motor blokuna da mənfi təsir edir.  Bu vəziyyətdə xərcləriniz də çox olacaq. Xüsusilə, motoru dəyişdirmək kimi bir vəziyyət varsa, çox ciddi bir xərclə qarşılaşırsınız, bu halda ustalardan dəstək almaq lazım ola bilər. Mühərrikdə daimi problem yarada biləcək yağ filtrləri avtomobil üçün uyğun və düzgün olmalıdır. Əks təqdirdə dediyimiz kimi çox ciddi xərclərlə üzləşə bilərsiniz. Buna görə də filtrə daim nəzarət etmək, ehtiyac olduqda dəyişdirmək lazımdır.

Dizel filtr səhv quraşdırılıbsa və ya tutulubsa nə olacaq?

gvhb.jpg

Benzinli nəqliyyat vasitələrində yanacaq filtri olaraq da adlandırılan filtrin dizel avtomobilləri üçün çox vacib olduğunu söyləmək lazımdır. Yanacaq filtri avtomobildə ən başlıcası mühərrikin uzun müddət işləməsini təmin edir. Məqsəd yanacağı bərk hissəciklər, toz, parafinlər və s.-dən təmizləməkdir. Parafin bir dizel mühərrikində kristallaşır. Dizel avtomobillərdə yanacaqda toplana bilən qalığın süzülməsi lazımdır. Xüsusilə, avtomobiliniz dizellə çalışdıqda filtrlərə daha çox diqqət yetirməlisiniz. Belə hallarda, o cümlədən, filtr tamamilə yararsız hala düşdükdə avtomobilin işə düşməməsi problemi yarana bilər. Həmçinin yanlış quraşdırılma avtomobilin yanacaq sərfiyyatını da xeyli artıracaq. Avtomobilin gücünü də azalada bilər. Bu problemlərlə üzləşməmək üçün filtri yoxlamaq və lazım olduqda dəyişdirmək lazımdır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0