Piyada təhlükəsizliyi yüksək olan 5 avtomobil

Mazda CX-3

cx_3.jpg

Mazda'nın krossover modeli CX-3 yeni Opel Astra və Audi TT kimi rəqiblərindən fərqli olaraq 84 faiz piyada qorunmasını təklif edir. Ümumi meyarlardan cəmi 4 ulduz alan avtomobildə sürücünün təhlükəsizliyi 85 faizdir.

Volvo V40

 v_40.jpg

Avtomobillərdə təhlükəsizlikdən danışdıqda, ağıla gələn ilk markalardan biri olan Volvonun kompakt modeli V40, piyada təhlükəsizliyini 88 faiz təmin edir. EuroNCAP məlumatlarına görə, ümumilikdə 5 ulduz alan avtomobil, sərnişin təhlükəsizliyində də 98 faiz qorunmanı təmin edir.

Infiniti Q30

 q30.jpg

İnfiniti Q30, BMW Z4 ilə eyni dərəcədə piyada qorunması təklif edir, lakin bu, yüzdə 91 nisbətində, ayaq qorunması baxımından Z4-dən 0,2 faiz aşağıdadır. Ümumi meyarların qiymətləndirilsinə görə cəmi 5 ulduz alan avtomobil, 84 faiz sürücünün qorunmasını təmin edir.

BMW Z4

 z4.jpg

BMW'nin roadster modeli Z4, piyadaların qorunmasında 91 faiz təhlükəsizlik təmin edir. Ümumi meyarları nəzərə alaraq, 3 ulduz alan avtomobil sürücünün təhlükəsizliyində 69 faiz qorunma təklif edir.

Mazda MX-5

 mx_5.jpg

Mazda MX-5 modeli EuroNCAP’da testlərdə piyada təhlükəsizliyi üçün 93 faiz qorunma təklif edir. Sürücülərin təhlükəsizliyi ilə bağlı 84 faiz qorunma təmin edən avtomobil ümumi meyarlara görə 4 ulduz almışdır.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0