Qəza testləri və təhlükəsizlik

Bu gün Euro NCAP qəza testlərinə çox güvənirik. Yeni bir maşın alanda dərhal Euro NCAP-dan neçə ulduz qazandığına baxırıq.

Əlbəttə ki, Euro NCAP qəza testləri edən yeganə şirkət deyil. Dünyada bir çox test edən müəssisə var. Ancaq Euro NCAP marka olmağı bacardı.

Daha əvvəlki vaxtlarda daşıyıcıların üstünlük təşkil etdiyi dünyada onlarla bağlı qəzalar hələ yol qəzaları adlandırılmayan hadisələr idi, sadəcə bədbəxtlik sayılırdı. 

Təhlükəsizliyi "bamper avtomobillərində" öyrəndik.

Nəqliyyatda təhlükəsizlik anlayışı avtomobil sayının artması ilə öz zərurətini göstərdi. Avtomobillərin təhlükəsizliyini qəza testləri ilə təmin edə biləcəyini ilk dəfə dərk edən bu günün təhlükəsizlik rəmzləri deyə biləcəyimiz Renault və Mercedes-Benz idi.

yy_1.jpg

Avtomobillərin sayı artdıqca, təhlükəsizlik məsələsinin zəruriliyini tez başa düşərək rəqabətin daha da kəskinləşmədiyi vaxtda daha etibarlı avtomobillər istehsal etməli olduğunu başa düşən markalar hərəkətə keçirdi. Qəza testləri aparmaq bu mövzuda əsas rol oynadı. O illərdə, bugünkü EuroNCAP kimi müstəqil bir təşkilat olmadığından şirkətlər özləri bu məsələni reallaşdırmağa çalışırdır. 1950-ci illərə qədər yol qəzalarında sağ qalmaq yalnız təsadüfi şanslılıq kimi qiymətləndirilirdi. Nəzərə alaq ki, təhlükəsizlik kəməri belə yalnız təyyarələrdə istifadə edilirdi.

Əvvəlcə, beton divarlarla sınaqlar edilirdi.

Qeydlərdə ilk qəza testlərinin Mercedes-Benz və Renault tərəfindən edildiyi görülür. Mercedes 1930-cu illərdən bəri qəza testləri edərkən maşınları beton divarlara vurmağa çalışırdı. Sınaqlardan sonra mühəndislər avtomobilləri araşdıraraq sərnişinləri daha az ziyana səbəb ola biləcək fikirləri müzakirə edirdilər. Müharibə illərində heç kimin bu problemlə məşğul olmağa vaxtı yox idi. Ancaq sonrakı illərdə əhəmiyyətli inkişaf müşahidə edildi. 1951-ci ildə beton divarlara qarşı qəza testləri hələ də aparılırdı. Mersedes '170S modeli, 50 km / s sürətlə begon divara dəyərkən ön hissəsini zədələsə də kuzovu qorumağı öyrənməyə başlayırdı. Təhlükəsizliyi hər zaman prioritet sayan Mercedes 1961-ci illərdə istehsal etdiyi hər avtomobildə təhlükəsizlik kəmərini qoydu.

Volvo təhlükəsizlik kəməri təklif etməyə başlayır

Volvo təhlükəsizlik kəmərini 1956-cı ildə təqdim etdi. Əslində təhlükəsizlik kəməri ilk dəfə 1903-cü ildə avtomobil dünyasına daxil olmuşdu. Fransız ixtiraçı Gustave Liebau təhlükəsizlik kəməri ideyasını gündəmə gətirərək, insanların avtomobil qəzalarında xəsarət almasının qarşısını necə alacağını düşünürdü. Hətta şəxsən tətbiq edirdi. Ancaq müvəffəqiyyətli prototiplər hazırlasa da, baha başa gəldiyinə görə onun fikri avtomobil şirkətləri tərəfindən qəbul edilmədi. 1930-cu illərdə mövzunun əhəmiyyətini dərk edən həkimlər nəqliyyat vasitələrində təhlükəsizlik kəmərinin zəruriliyini qeyd etdilər. Amerikadakı Kolorado Dövlət Tibb Birliyi 1953-cü ildə təhlükəsizlik kəmərinin bütün avtomobillərdə istifadəsinə dair bir bəyanat yayımladı.

yy_2.jpg

Renault 1955-ci ildən bəri sınaqlarda qarşısında avadanlıq olan bir yük maşınına sınaq avtomobilini vururdu. O dövrdə bu iş üçün xüsusi investisiya da ayrılırdı. Toqquşma laboratoriyaları bugünkü kimi deyildi, təsəvvür edilməzdi və açıq ərazilərdə, istifadə olunmamış yollarda təşkil edilirdi. Bu testlərdə bəzən heyvanlardan da istifadə olunurdu.

Euro NCAP

euro.png

EuroNCAP-ın yaradılması üçün Avropa dövlətlərində yalnız 1971-ci ildə Avropa Eksperimental Nəqliyyat Komitəsi (EEVC) tərəfindən başlanıldı. ABŞ-da, Milli Highwa Nəqliyyat Təhlükəsizliyi İdarəsi (NHTSA) yalnız 1979-cu ildə Yeni Avtomobil Qiymətləndirmə Proqramı (NCAP) qəza sınaqlarına başlanılmışdı.

İyirmi birinci əsrin ilk 5-6 ilində qəza testlərindən 5 ulduz alan yalnız Renault olmuşdu. Fransız markası, EuroNCAP qəza testlərindən 5 ulduzlu modellərlə kommersiya filmi də hazırladı. Bu gün bir çox marka EuroNCAP testlərindən 5 ulduz almağı bacarır. Cəmi 10 il əvvəl sadə bir məsələ olan 5 ulduz, bu gün çox mühümdür. Çünki təhlükəsizliyi ifadə edir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0