Ən sürətli elektromobillər

Dövrümüzdə elektromobillərin üzərində təkmilləşdirmələrin aparılması getdikcə tələbatı artırmaqdadır. Sürət avtomobil həvəskarlarının diqqət etdiyi mövzulardan biridir. Bu məqaləmizdə ən sürətli elektromobillər haqqında danışacağıq.

  • NIO EP9

 bhjnk.jpg

Ümumi gücü 1 meqavat olan 4 avtonom mühərrik ilə təchiz olunub. Hər bir mühərrik özünün sürət qutusuna sahibdir. Elektromobil saatda 200 km sürəti 7.1 saniyəyə yığır. Onun maksimal sürəti isə saatda 313 km-dir. Elektromobilin enerji batareyaları şarjsız, 430 km yol qət etməyə imkan verir. Əgər batareyalaın şarja ehtiyacı olsa belə buna maksimum 45 dəqiqə vaxt sərf olunacaq.

  • Tesla Roadster

 gbhnj.jpg

Ən güclü Tesla Model S versiyası yerindən 100 km/saata cəmi 2,4 saniyəyə sürətlənir. Maksimal sürət isə 400 km/saatdır. Avtomobil tam dolu enerji ilə 1000 kilometrdən çox məsafə qət edə bilir.

  • Aston Martin Rapide E

 hvgbj.jpg

Rapide E — Aston Martin-in ilk tam elektrikli avtomobilidir. 65 kVt-lıq batareyası ilə yerindən 100 km/saata 4 saniyədən də tez sürətlənir. Maksimal sürət isə 250 km/saatdır.

  • Rimac C_Two

 b_n.jpg

Şirkətin verdiyi məlumata görə Rimac C_Two yerindən 100 km/saata cəmi 1,85 saniyəyə sürətlənir, maksimal sürət isə 415 km/saatdır.

  • Pininfarina Battista

 vhgbj.jpg

Avtomobil İtaliyanın məşhur dizayn atelyesi Pininfarina-nın filialı tərəfindən yığılıb. Yerindən 100 km/saata sürətlənmə 2 saniyədən tez baş verir, maksimal sürət isə 400 km/saatdır.

  • Hispano Suiza Carmen

 vgbhj.jpg

Maksimal sürət isə elektron məhdudlaşdırıcı vasitəsilə 250 km/saatda müəyyənləşib. 100 km/saata təxminən 3 saniyəyə sürətlənir.

Şərhlər və sual-cavablar

Hələ rəylər yoxdur
  • 5 star
    0
  • 4 star
    0
  • 3 star
    0
  • 2 star
    0
  • 1 star
    0