4 ayaqlı avtomobil
Modelin 4 "ayağ"ı var ki, bununla da avtomobil həm normal sürülə, həm də yeriyə bilir. Bəli düz eşitdiniz yeriyə bilir.
Təbii fəlakətlərdən sonra lazım olan yerlərə qalxa bilmə və lazım olduqda axtarış və sıçraya bilmə özəlliklərinə sahib bir avtomobildir. Avtomobil təkərlərini 360 dərəcə döndərə bilir.
Bu elektrikli avtomobil Hyundai istehsalıdır. Model xüsusi olaraq hazırlanmış ofrouderlərin belə gedə bilmədiyi məkanlarda hərəkət edən Ultimate Mobility Vehicle (UMV) kateqoriyasına aid edilib. Sərnişin və yük daşınması mümkündür. Robot ayaqları onun 5 km / saat sürətlə hərəkət etməsinə imkan verir.